«Panermənistan oyunları»nın ilk günündə 54 erməni idmançısı zəhərləndi
Tarix: 11.08.2015 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


«…Ermənilər istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər». Bu fikirlər ingilis səyyahı Uilsona aiddir. O da, bu millətin özlərinin qurduğu kiçik bir hadisədə böyük təfərrüatlar axtarmaqda mahir olduqlarını gözəl başa düşürdü.
Görünür, Azərbaycanda keçirilən möhtəşəm idman bayramı- I Avropa Oyunları bu millətə necə yer edibsə, indi özlərinin cılız «Panermənistan oyunlar»ı ilə dünyanın gündəminə düşməyə çalışırlar. Erməni mətbuatının verdiyi məlumata görə, artıq altıncı dəfə keçirilən bu «idman bayramı»na dünyanın 172 ölkəsindən 6,7 mindən artıq erməni idmançısı qoşulub. Təbii ki, bütün bunlar ermənilə üçün qəbulediləndir. Lakin elə «idman bayramı»nın açılışı günü idmançılardan 54 nəfəri müxtəlif sağlamlıq problemləri və aldıqları xəsarətlə əlaqədar tibbi mərkəzə aparılıblar. Bunu tibbi mərkəzin direktor müavini Robert Ordusyan etiraf etsə də, onların artıq səhəri gün tibbi mərkəzdən buraxıldıqları xəbərini verib. O, xəsarət alan idmançılardan yalnız bir nəfərinin müalicəsini davam etdirdiyini bildirib. (“Tert.am”)
Direktor müavini idmançılar arasında kütləvi zəhərlənmə halları oluğunu təkzib edərək, bəzi idmançıların bağırsaq pozuntuları ilə üzləşdiklərini bildirib.
Bu yerdə rusiyalı yazar Aleksey Jemçuynikovun bu millət barədə dedikləri yada düşür. O yazırdı ki, «Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər». Maraqlıdır, görəsən avqustun 13-də başa çatacaq bu «möhtəşəm idman yarışması»nda xəsarət alan idmançıların sağlamlıq durumu barədə hansı yalanlar uydurulacaq.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info