Naxçıvanda inşaat materialları istehsalı artır
Tarix: 11.08.2015 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında daxili bazarı tələbata uyğun keyfiyyətli tikinti materialları ilə təmin edən müəssisələrdən olan “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti istehsalını artırır.
AZƏRTAC xəbər verir ki, müəssisə istifadəyə verilənədək muxtar respublikada aparılan tikinti işləri üçün lazım olan inşaat materiallarından beton primitiv üsullarla hazırlanırdı. Həmçinin quruculuq obyektlərində istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətinin işə salınması ilə həmin problemlər aradan qaldırılıb.
Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal gücü saatda 50 kubmetr olan qum-çınqıl karxanası, 60 kubmetr olan beton zavodu və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sexi fəaliyyətə başlayıb.
Hazırda müəssisədə yeni layihə həyata keçirilib, beton boru istehsalı sahəsi yaradılıb. 2012-ci ilin avqust ayından fəaliyyətə başlayan sexdə müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal gücü saatda 10 ədəd beton boru və beton daban olan müəssisədə istehsal prosesi avtomatlaşdırılıb, keyfiyyətli məhsul istehsalına nail olunub. Yeni istehsal sahəsində divarının qalınlığı 8, hündürlüyü 60 santimetr, diametri 600-800-1000 millimetr olan beton borular istehsal edilir. Bu istehsal sahəsinin yaradılması tikinti obyektlərində, o cümlədən muxtar respublikada su-kanalizasiya sistemlərinin yenilənməsi ilə əlaqədar keyfiyyətli beton borulara olan tələbatı ödəməklə yanaşı, yeni iş yerlərinin açılmasına da əlverişli şərait yaradıb, 12 nəfər daimi işlə təmin olunub.
“Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyət göstərən Beton Zavodunun istehsal gücünün artırılması məqsədilə də yeni layihə həyata keçirilib. Türkiyə Respublikasından istehsal gücü saatda 100 kubmetr olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılıb.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə əvvəlcə beton istehsalı üçün keyfiyyətli qum tədarük edilir. Qum-çınqıl karxanasında bir saat ərzində 50 kubmetr qum yuyularaq ələnir və çınqıl 3 növə ayrılır. Sonrakı mərhələdə isə yuyulmuş qum Beton Zavoduna daşınır. Buradakı texnoloji proseslərə kompyuter vasitəsilə nəzarət olunur. Betonun hazırlanması üçün qumun, sementin və suyun həcmi kompyuterlə müəyyənləşdirilir. Eyni zamanda istehsal prosesinə laboratoriyada qurulmuş kompyuterlə nəzarət təmin olunub ki, burada da betonun keyfiyyət göstəriciləri barədə məlumat öz əksini tapır. Bu da son nəticədə keyfiyyətli beton istehsal edilməsinə, istehsal prosesinin müasir tələblərə uyğun qurulmasına, müəssisənin daha rentabelli işləməsinə əlverişli şərait yaradır. Beton məmulatları istehsalı sexində istehsal gücü saatda 35 kvadratmetr kilid daş olan avadanlıqlar quraşdırılıb. Hazırda 2 istehsal xəttinin fəaliyyət göstərdiyi sexdə müxtəlif beton məmulatları – kilid daş, dekorativ kərpic, yağış kanalı, bordür istehsal olunur. Müəssisə istehsal etdiyi məhsulları ilə həm muxtar respublika əhalisini, həm də bütün tikinti obyektlərini təmin edə bilir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info