Ukraynada bir-birinin ardınca jurnalistlər qətlə yetiriləndə Yaqland harada idi?
Tarix: 11.08.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


“Görəsən, Yaqland bilmirmi ki, 2014-cü il çevrilişindən sonra Ukraynada 5 jurnalist sifarişlə qətlə yetirilib, 33 jurnalist oğurlanıb, 47-si həbs edilib, 215-i hücuma məruz qalıb. Ölkədən 100 Rusiya jurnalisti deportasiya olunub, 5-i Donbasda öldürülüb?”

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır. Ölkə başçısının şəxsi nəzarətinə götürülən məsələnin bütün detalları ciddi şəkildə incələnir. Ölkəmizdə azad sözün, mətbuatın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Dövlət başçısının jurnalistlərlə keçirilən son görüşü bir daha təsdiqlədi ki, hakimiyyət, o cümlədən şəxsən dövlət başçısı azad sözün inkişafında maraqlıdır.
Elə Rasim Əliyevin kriminal hadisə nəticəsində vəfat etməsinə dövlət orqanlarının ciddi münasibəti, şəxsən dövlət başçısının baş verən ölüm faktının araşdırılmasını nəzarətə götürməsi mətbuata göstərilən diqqətin bariz nümunəsidir. Amma təəssüf ki, yenə də Avropa institutlarından qərəzli münasibətin şahidi oluruq. Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın tez-tələsik, məsələnin mahiyyətini bilmədən bəyanat səsləndirməsi qərəzli yanaşmanı bütün çılpaqlığı ilə ortaya qoyur. Jurnalistin ölümünün adi kriminal hadisə olduğunu, dövlət orqanlarının ölüm faktının araşdırılması ilə ciddi şəkildə məşğul olduğunu, şəxsən dövlət başçısının araşdırma prosesini nəzarətə götürməsini bilmədən bəyanat səsləndirməyə başqa nə ad vermək olar? Axı, burada siyasi məsələ yoxdur, adi kriminal hadisədir. Amma buna rəğmən dövlət orqanları məsələyə ciddi münasibət ortaya qoyub və istintaq gedir. Belə olan halda Avropa institutlarının, cənab Yaqlandın tələsik, özü də qərəzli bəyanatı onu göstərir ki, onun kimilər, sadəcə, Azərbaycanı tənqid etmək üçün bəhanə axtarırlar. Yaqland kimilər kriminal olay nəticəsində həyatını itirən jurnalistlə bağlı bəyanat verdikləri halda Ukraynada bir-birinin ardınca jurnalistlər qətlə yetiriləndə harada idilər? Görəsən, Yaqland bilmirmi ki, 2014-cü il çevrilişindən sonra Ukraynada 5 jurnalist sifarişlə qətlə yetirilib, 33 jurnalist oğurlanıb, 47-si həbs edilib, 215-i hücuma məruz qalıb. Ölkədən 100 Rusiya jurnalisti deportasiya olunub, 5-i Donbasda öldürülüb? Jurnalist Ruslan Koçaba Donbasda vətəndaş müharibəsinin getdiyini yazdığı üçün hələ də həbsdədir. “Vesti”nin əməkdaşı Vyaçeslav Veremiya 2014-cü ilin fevral ayında, Maydan hadisələrinin qızğın vaxtında qətlə yetirilib. Bir il əvvəl “Dnepr-1” batalyonunun üzvləri Mariupolda nəşr edilən qəzetin baş redaktoru Sergey Dolqovu redaksiyadan oğurlayaraq aparıblar. Sonradan məlum olub ki, o, “dindirilmə zamanı ölüb”. Bu ili aprel ayının 12-də “ProUA” internet nəşrinin təsisçisi Sergey Suxobok, ondan bir neçə gün sonra Olesiya Buzina qətlə yetirilib. Bu jurnalistlərin hamısı peşə fəaliyyətinə görə, siyasi baxışlarına görə qətlə yetiriliblər. Amma nədənsə, Avropa institutları, eləcə də cənab Yaqland həmin vaxt bəyanat vermirdi. Amma Azərbaycanda jurnalistlə bağlı kriminal hadisə olan kimi bəyanat vermə növbəsinə düzülüblər. Elə deputat Sahib Alıyev də bu məqamları nəzərdə tutaraq yazır ki, ötən il Ukraynada jurnalist Vladimir Martsişevski oğurlanıb öldürüləndə, ondan bir il sonra başqa bir jurnalist Oles Buzina evinin qabağında güllələnəndə susmağa üstünlük verən Avropa Şurasının baş katibi Torbyorn Yaqland kimilər reallıqla uyuşmayan bəyanatlar səsləndirirlər: “Halbuki Ukraynada baş verənlər siyasi qətllər idi və qətiyyətlə pislənməli idi. Rasim Əliyevin ölümünə gəldikdə isə bu məsələdə hakimiyyətin sorumluluğu istənilən bir Avropa ölkəsində oxşar olay baş verdiyi halda nə qədər olardısa o qədərdir. Nə az, nə çox. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbirincə desək, görünür cənab Yaqlandın baş vermiş olay haqda yetərincə bilgisi yoxdur, olsa belə açıqlamada bulunmazdı. Jurnalistin ölümündə suçlu olan hər kəs cəzalandırılmalıdır və cəzalandırılacaq da. Bu birmənalıdır. Çünki yenə də Prezidentin köməkçisinin vurğuladığı kimi cənab İlham Əliyev bu haqda uyğun strukturların rəhbərlərinə tapşırıq verib və məsələni də öz nəzarətinə götürüb. Və artıq tutulub saxlanılanlar da var. Elə isə bu hay-küy, möhtəkirliklər nəyə lazımdır?”
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info