Zəlzələ bölgəsində daha bir məktəb istifadəyə verilib
Tarix: 02.02.2013 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən daha bir məktəb şagirdlərin istifadəsinə verilib. Məktəbin açılış mərasiminə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də qatılıb.
Mərasimdə çıxış edən nazir müavini qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında rayonun Zərnə kəndində inşa edilən 240 şagird yerlik məktəb müasir informasiya texnologiyaları, laboratoriyalar və digər zəruri texniki avadanlıqlarla təchiz olunub. Zəlzələ zamanı bölgədə 37 məktəbin tam qəzalı vəziyyətə düşdüyünü diqqətə çatdıran O. Hacıyev bu günə qədər 30-a yaxın məktəbin artıq təhvil verildiyini qeyd edib. O. Hacıyev, həmçinin bildirib ki, bölgədə sonrakı zəlzələlər zamanı fəsadlar əmələ gələn evlərə nazirliyin müvafiq komissiyaları baxış keçirir və yekun rəy üçün sənədlər hazırlanır: “Zəlzələ nəticəsində evlərinə bərpa rəyi verilmiş sakinlərə isə kompensasiyaların ödənilməsinə başlanılıb və proses hazırda davam etdirilir”. Nazir müavini Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Zərnə kəndində zəlzələ nəticəsində dağılan və yenidən inşa edilən mənzillərə baxış keçirib, sakinlərin problemləri ilə maraqlanıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info