“Polşadakı ən yaxşı kompleks də Qəbələdəkindən geri qalır”
Tarix: 11.08.2015 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“Qəbələyə Olimpiada lisenziyası üçün gəlmişik. İki, alınmasa bir lisenziya qazanmaq iddiasındayıq. Artıq bir polşalı atıcı buna nail olub. Biz tüfənglə atəş açmaqda da 1-2 lisenziyaya ümidliyik”.
Bunu “apasport.az” saytına tüfəng atıcılığı üzrə Polşa millisinin baş məşqçisi Andriy Kiyovski deyib. Qəbələdə keçirilən Dünya Kubokunda Polşa millisinə başçılıq edən Kiyovski təşkilatçılıqdan və kompleksdən ağızdolusu danışıb: “İlk dəfədir Qəbələdəyəm. Burada hər şey çox yüksək səviyyədədi. Təşkilatçılığa heç bir irad ola bilməz. Atıcılıq mərkəzi dünyanın ən yaxşı komlekslərindəndi. Polşada ən yaxşı atıcılıq arenası Vrotslavdadır. Lakin ora da Qəbələdən çox geri qalır. Bizdə də belə idman qurğusunun olmasını arzulayıram. Təəssüf ki, Qəbələnin təbiəti, gəzməli, görməli yerləri ilə yaxından tanış ola bilmirik. Çünki buna vaxtımız yoxdur”. Polşalı mütəxəssis milli yeməklərimizi çox bəyəndiklərini də vurğulayıb: “Azərbaycan mətbəxi mənim və yetirmələrimin ürəyincədi. Çox dadlı yeməkləriniz və yaxşı mətbəxiniz var. Xüsusilə də, daşarası kababın ləzzətini qeyd edərdim. Bəzi idmançılar havanın isti olmasından gileylənsə də, bununla tam razı deyiləm. Çünki biz daha isti gözləyirdik. Bizim ehtimal etdiyimizlə müqayisədə hava daha münasibdir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info