Kosovoda hərbi cinayətkarları mühakimə edə bilərlər
Tarix: 12.08.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının 2011-ci ildən fəaliyyət göstərən xüsusi istintaq qrupu “Kosovo Xilaskar Ordusu”nun (KXO) sabiq komandirlərinin istər müharibə dövründə, istərsə də müharibə başa çatandan dərhal sonra qanuna zidd fəaliyyətinə dair sanballı sübutlar toplayıb.
Artıq rəsmi ittihamlar irəli sürülə bilər. Toplanmış sübutlara xüsusi tribunal baxmalıdır. Ehtimala görə, KXO-nun təkcə sabiq komandirləri deyil, Kosovonun bəzi indiki siyasətçiləri və fəalları da məhkəmə təqibinə məruz qalacaq. Deputatlar uzun müddət müqavimət göstəriblər: iyulun sonunda Kosovo “parlamentində” birinci səsvermənin gedişində lazımi çoxluq - səslərin üçdə iki hissəsi əldə olunmayıb. Hətta tribunal barədə qərarın qəbul olunduğu indiki halda da onu rəsmi olaraq ya “xüsusi komissiya”, ya da “xüsusi prokurorun ofisi” adlandırırlar. Kosovo sakinlərinin çoxu uzun illər inanıb ki, hərbi cinayətləri başqaları - serblər və onların əlaltıları törədiblər. KXO-nun mümkün hərbi cinayətləri, demək olar ki, xatırlanmayıb. Vəziyyət AŞPA-nın xüsusi məruzəçisi Dik Marti 2010-cu ilin dekabrında KXO rəhbərliyinə ciddi ittihamlar irəli sürdüyü vaxt dəyişib. İsveçrə diplomatı bildirib ki, 1990-cı illərin sonunda Kosovo münaqişəsinin gedişində serb milli azlığına, qaraçılara və “alban kollaborasionistləri”nə münasibətdə hərbi cinayətlər törədilib. Özü də söhbət təkcə qətl, insan oğurluğu, köçürülmə, zorlama, kilsələrin dağıdılması hallarından və narkotik alverindən getmir. D.Martinin KXO silahlılarının guya qara bazarda məhbusların həyati əhəmiyyətli orqanlarını satmaları barədə iddiaları dünya birliyində xüsusi hiddət doğurmuşdu. Amma onda Dik Marti təkzibolunmaz sübutlar gətirməmişdi. Kosovo siyasətçisi Haşim Taçi də D.Martinin məruzəsində ciddi ittiham olunur. Bizə isə bir gün Avropa İttifaqının Azərbaycana təcavüz zamanı erməni hərb maşınının cinayətlərini də xatırlayacağına ümid etmək qalır.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info