Ağdamda Heydər Əliyev Mərkəzi üçün yeni bina inşa edilir
Tarix: 12.08.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzi üçün yeni bina inşa edilir.
Ümumi sahəsi 937 kadratmetr olan binanın birinci və ikinci mərtəbəsi dəmir beton konstruksiyadan, dam örtüyü isə monolitdən ibarətdir. Mərkəzdə akt və iclas zalları, kompüter, xarici dil kursları, elektron kitabxana, rəsm, heykəltəraşlıq və xalçaçılıq qalereyası, inzibati otaqlar və ulu öndər Heydər Əliyevin həyatını əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərəcək. Bundan başqa, mərkəzdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün 3D formatında kinoteatrın quraşdırılması da nəzərdə tutulub. Binada artıq hörgü işləri başa çatıb. Hazırda suvaq işləri görülür, fasad hissəyə aqlay üzlük vurulur, dam örtüyü qurulur. Müasir memarlıq və arxitektura qaydalarına uyğun inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Yardımlıda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
21.08.2019
“Stadler“ yeni vaqonların gətiriləcəyi vaxtı açıqladı
21.08.2019
FED-in faiz endirimi ilə bağlı növbəti kritik açiqlama
21.08.2019
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21.08.2019
“Azeri Light”ın bir barreli 62,62 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info