Mərkəzi Bankın valyuta ehtiyatları zəruri həcmdə qorunub
Tarix: 12.08.2015 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Mərkəzi Bankın Pul Siyasəti İcmalının bu ilin 6 ayının yekunlarına həsr olunan növbəti nömrəsi yayımlanıb. Bankdan bildiriblər ki, icmalda qlobal iqtisadi meyillərin və Azərbaycanda makroiqtisadi proseslərin təhlili, habelə pul və məzənnə siyasətinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, mürəkkəb qlobal iqtisadi mühit şəraitində Mərkəzi Bank özünün pul və məzənnə siyasətini makroiqtisadi və maliyyə sabitliyinin qorunması, qeyri-neft sektorunun beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədləri çərçivəsində həyata keçirib. Hesabat dövründə pul siyasəti üzrə başlıca hədəflərə çatma vəziyyəti qənaətbəxş olub, inflyasiya aşağı birrəqəmli səviyyədə qorunub. Məzənnə siyasəti üzrə tədiyyə balansında yaranmış yeni meyilləri nəzərə alan və iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsinə xidmət edən qərarlar qəbul olunub. Hesabat dövründə də ölkənin, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib. Qeyd edək ki, cari il iyulun 1-nə Azərbaycanda bank müştərilərinin sayı 5 milyon 413 min 682 təşkil edib. Bu rəqəm ötən ayla müqayisədə 65 min 517 nəfər çoxdur. Fiziki şəxslər üzrə bank müştərilərinin sayı 64 min 908 nəfər artaraq 5 milyon 307 min 65 nəfərə, hüquqi şəxslər üzrə isə 609 nəfər çoxalaraq 106 min 617 nəfərə çatıb. Sahibkarlıqla məşğul olanlar şəxslərin sayı isə 1605 nəfər azalaraq 174 min 695 nəfər olub.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Prezidentin tapşırığı ilə Nazirlər Kabinetində müşavirə keçirilib: koronavirusla bağlı
28.01.2020
“Azərenerji” rəhbəri ilə TEPSCO-nun durektoru arasında görüş olub
28.01.2020
Respublikanın avtomobil yollarının inkişafı istiqamətində bir sıra nailiyyətlər əldə edilib
28.01.2020
Azərbaycan qurudulmuş xurma ixrac edəcək
28.01.2020
“Azeri Light”ın bir barreli 58,35 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info