Azərbaycanda bu ilin birinci yarısında orta illik inflyasiya 3,5 faiz təşkil edib
Tarix: 12.08.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


2015-ci ildə Azərbaycanda inflyasiya bir rəqəmli səviyyədə qalacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il yanvar-iyun ayları üçün “Pul siyasəti icmalı”nda deyilir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin birinci yarısında orta illik inflyasiya 3,5 faiz təşkil edib.
İcmalda bildirilir ki, hesabat dövründə çörək məmulatları və yarmalar 9,5 faiz, yağ və piylər 11,8 faiz, meyvələr 10,5 faiz, qəhvə, çay və kakao isə 9,4 faiz bahalaşıb:
“2015-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 8,7 faizlik artım müşahidə olunub. Qiymət artımı heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə 15,6 faiz, balıq və balıq məhsulları üzrə isə 3,8 faiz olub”.
Hesabata əsasən, 2015-ci ilin I yarısında nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, mövsümi amillər, pul bazası və dünya ərzaq qiymətlərinin dəyişimi isə azaldıcı təsir göstərib.
İcmalda qeyd edilir ki, xarici ticarət tərəfdaşı olan ölkələrdə orta illik inflyasiya 8,2 faiz (qeyri-neft idxal çəkili orta) təşkil edib.
AMB-nin Beynəlxal Valyuta Fondunun proqnozları əsasında apardığı hesablamalara görə 2015-ci ilin yekunu üzrə əsas ticarət tərəfdaşlarında orta illik inflyasiya 7,9 faiz təşkil edəcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info