107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib
Tarix: 12.08.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edən vətəndaşların sayı cari ilin yanvar ayı ilə müqayisədə 86 faiz artaraq iyul ayında 18547 nəfər təşkil edib.
Bu e-xidmət vətəndaşlara işəgötürənə müraciət etmədən, bunun üçün vaxt və əziyyət sərf etmədən ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün qısa müddətdə iş yeri haqqında e-arayış əldə etməyə imkan verir. İş yerinə dair e-arayışda işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, həmin müqavilənin müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır. Arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən əldə edilə bilər. Vətəndaşlar aktiv əmək müqaviləsi əsasında iki və daha artıq iş yerində işlədikləri halda öz seçimləri əsasında bu və ya digər iş yerinə dair e-arayışı əldə etmək imkanına malikdirlər.
Eyni zamanda, e-arayışın təqdim edildiyi təşkilatlar sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, e-arayışdakı məlumatların, o cümlədən əmək haqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlaya bilirlər. Bütün bunların nəticəsi kimi, iş yerinə dair kağız formasında arayışların elektron arayışlarla əvəzlənməsi prosesi getdikcə sürətlənir. Ötən ilin dekabrında istifadəyə verilən və həmin vaxtdan da əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı elektron xidmətlərdən biri olan “İş yerinə dair arayış” e-xidmətindən cari il avqustun 1-dək artıq 106942 dəfə istifadə edilib.

Qorqud






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info