Nazir Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb
Tarix: 12.08.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İraq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb. Ölkələr arasında münasibətlərin dinamik inkişafına toxunan Azərbaycan və İraq Hökumətlərarası Birgə Komissiyanın həmsədri, nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində iqtisadi, elmi, texniki və mədəni sahələr kimi rabitə və yüksək texnologiyalar istiqamətinin də prioritet əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir ölkələrimiz arasında bu sahədə yaranan əlaqələrin hazırda yeni müstəviyə qədəm qoyduğunu, aparılan danışıqların məntiqi nəticəsi olaraq, tərəflər arasında yeni əməkdaşlıq istiqamətləri üzrə imkanların daha da gücləndirilməsinə qarşılıqlı marağın olduğunu və Azərbaycanın bu istiqamətdə İraqla öz təcrübəsini paylaşmağa hazır olduğunu vurğulayıb. Tərəflər arasında bütün sahələrdə yaxın dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir Heydər Şiyə hər iki ölkənin tarixi köklərində ümumi cəhətlərin olduğunu bildirib. Nazir Əli Abbasovun həmsədrliyi ilə Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının uğurlu nəticələrindən də söz açan diplomat bu görüşün Azərbaycanla İraq arasında gələcək münasibətlərin inkişafına təkan verdiyini qeyd edib. Görüşdə Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının cari ilin sonunadək Bağdad şəhərində keçirilməsi müzakirə edilib, həmçinin yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info