Milli Qəhrəman atası İTV-yə təşəkkür məktubu göndərib
Tarix: 12.08.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Milli Qəhrəman Kazım Məmmədovun atası Ərşad Məmmədov İTV-yə təşəkkür məktubu göndərib. Məktubda İTV-nin baş direktoru Cəmil Quliyevə xitabən deyilir: “Hörmətli Cəmil müəllim! Sizin bir şəhid atasının xahişinə belə diqqət yetirməniz və bu istəyin müsbət həll olunmasına müdaxilə etməniz məni çox sevindirdi. Bu sizin insanpərvərliyiniz və şəhidlərə dərin hörmətinizin təzahürü idi. Bəlkə də başqası üçün bu işin elə bir əhəmiyyəti yoxdur, ancaq bir şəhid atası üçün bu çox iftixar doğuran və təsəlliverici işdir. Bu həm də şəhidlərə öz canlarını Vətən torpağı üçün qurban vermişlərə, onların əziz xatirəsinə ən böyük hörmət və ehtiramdır. Yəqin ki, Allah da bu cür xeyirxah və savab işləri unutmaz.
Hörmətli Cəmil müəllim!
Sizin rəhbərliyiniz altında çalışan bu gənc bacarıqlı və işgüzar kollektivə öz təşəkkürümü bildirmək istəyirəm.
Hörmətli Cəmil müəllim!
Oğlum, Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Kazım Ərşad oğlu haqqında belə maraqlı, təsirli və məzmunlu bir filmin hazırlanmasına göstərdiyiniz köməyə və təşkilatçılığa görə, özümün və bütün Məmmədovlar ailəsinin adından sizə səmimi qəlbdən təşəkkür edirəm!

Allah həmişə sizə yar olsun!”




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info