Gənclik və müasirlik
Tarix: 02.02.2013 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 2 fevral-Gənclər Günü münasibətilə “Gənclik və müasirlik” mövzusunda keçirilən elmi konfransı NDU-nun tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim Məmməd Rzayev açaraq ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, müstəqil Azərbaycanın inkişafında aparıcı qüvvə kimi gəncliyə daimi diqqət və qayğı göstərməsindən söz açdı.
Qeyd olundu ki, Gənclər Günü 1996-cı il ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanıb. Natiq Azərbaycan gəncliyinin yüksək intellektual potensiala, milli mənəviyyata və müasir dünyagörüşünə malik olduğunu vurğuladı. Prezident İlham Əliyevin və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun hərtərəfli qayğısı və yüksək etimadı sayəsində gənclərimizin sosial-siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar qazanmasından bəhs olundu.
Sonra Universitet Gənclər Təşkilatının sədri, magistr Arzu Abdullayev “Azərbaycan gəncliyi inkişaf mərhələsində”, Tələbə YAP Gənclər Birliyinin sədri, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin ikinci kurs tələbəsi Aytən İsmayılova “Gənclik Yeni Azərbaycan Partiyası sıralarında”, Tələbə Elmi Cəmiyyətinin sədri, Sosial idarəetmə və hüquq fakültəsinin ikinci kurs tələbəsi Ramazan Abdullayev “Universitet gəncliyi və elmi mühit”, Tələbə Həmkarlar Təşkilatının sədri, Sosial idarəetmə və hüquq fakültəsinin ikinci kurs tələbəsi Mətin Quluzadə “Gənclərə dövlət qayğısı və Tələbə Həmkarlar Təşkilatının vəzifələri”, Tələbə İdman Şurasının sədri, Pedaqoji fakültənin birinci kurs tələbəsi Nicat Abdullayev “Universitet idmanı inkişaf yolunda” mövzularında məruzələr etdilər. Məruzələrdə gənclərin ölkədəki ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi tutmalarından, sosial-iqtisadi islahatların aparılmasında müstəsna rol oynamalarından, Azərbaycanı dünya miqyasında layiqincə təmsil etmələrindən söz açıldı. Bildirildi ki, universitetdə oxuyan tələbə gənclər də dövlət siyasətini yekdilliklə dəstəkləyir, beynəlxalq və ümumrespublika səviyyəli simpozium və konfranslarda, olimpiadalarda, idman yarışlarında iştirak edərək xalqının və təhsil aldıqları ali məktəbin adını şərəf və ləyaqətlə doğruldurlar. Tələbə gənclər müstəqil Azərbaycanın tərəqqisi üçün bundan sonra da əzmlə fəaliyyət göstərirlər.
Universitetdə təhsil alan banqladeşli tələbə Zaman Kehruz azərbaycanlı həmkarlarını əlamətdar bayram münasibətilə təbrik etdi.
Mina QASIMOVA




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info