Azərbaycana daimi yaşamaq üçün daha çox hansı ölkələrin gəncləri gəlir?
Tarix: 12.08.2015 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Azərbaycana 2014-cü ildə daimi yaşamaq üçün 424 nəfər 15-29 yaşlı gənc gəlib. Onların 88-i kişi, 336-sı qadın olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitənin məlumatına görə, Azərbaycana daimi yaşamaq üçün gələn 15-29 yaşlı gənclər arasında MDB ölkələrindən gələnlər üstünlük təşkil edir. Ötən il Azərbaycana daimi yaşamaq üçün gələn gənclərin 245-i MDB ölkələrindən, 179-u isə digər xarici ölkələrdən olub. MDB ölkələrindən Azərbaycana gələnlər arasında Rusiya və Gürcüstandan gələnlərin sayı çoxluq təşkil edir. Keçən il 185 nəfər Rusiyadan, 115 nəfər Gürcüstandan, 20 nəfər Qazaxıstandan, 19 nəfər Türkiyədən, 16 nəfər Ukraynadan, 12 nəfər Özbəkistandan, 11 nəfər İrandan, 11 nəfər Türkmənistandan, 1 nəfər isə Qırğızıstandan daimi yaşamaq üçün Azərbaycana gəlib. Ötən il Azərbaycandan xarici ölkələrə daimi yaşamaq üçün isə 63-ü kişi, 128-si qadın olmaqla, 191 nəfər gedib. Onların 148-i daimi yaşamaq üçün MDB ölkələrini, 43-ü digər xarici ölkələri seçib. Gənclərin daimi yaşamaq üçün seçdiyi ölkələr sırasında Rusiya birinci yerdədir. Keçən il 113 nəfər daimi yaşamaq üçün Azərbaycandan Rusiyaya gedib. Onların 43-ü kişi, 70-i qadın olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info