“Neftsiz iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 5, Gürcüstan iqtisadiyyatından 3 dəfə böyükdür”
Tarix: 12.08.2015 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Azərbaycanın qeyri-neft iqtisadiyyatının həcmi 51,2 milyard dollardır”

Azərbaycanda neftsiz iqtisadiyyatın dəyərləndirilməsi ilə bağlı bir sıra yerli və xarici ekspertlərin yanlış və qərəzli fikirlərinə rast gəlinir. Halbuki, ölkəmiz qeyri-neft iqtisadiyyatı ilə də regionda lider dövlətdir. Bunu əməkdaşımızla söhbətində iqtisadçı alim Vüqar Bayramov bildirib. O əlavə edib ki, ölkə başçısının neftsiz iqtisadiyyatın qurulması ilə bağlı bəyanatı iqtisadi diversifikasiyada yeni mərhələnin əsasini qoyacaq. Vüqar Bayramov bildirib ki, neftsiz iqtisadiyyatımız kifayət qədər potensiala malik olmasını rəqəmlər də təsdiq edir. Azərbaycanın qeyri-neft iqtisadiyyatının həcmi 51,2 milyard dollardır. Belə ki, Dünya Bankının məlumatına görə, 2014-cü ildə Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanda 75,2, Gürcüstanda 16,5, Ermənistanda isə 10,8 milyard dollar olub. Ölkəmizdə qeyri-neft sektorunun ÜDM-də payının 68 faiz olduğunu nəzərə alsaq o zaman Azərbaycanın neftdən kənar iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından 3,1 dəfə, Ermənistan iqtisadiyyatından 5 dəfə çoxdur. Deməli, Ermənistan iqtisadiyyatından 5 dəfə çox olan neftsiz iqtisadiyyatımız eyni zamanda qonşu ölkələrdən fərqli olaraq daha çox inkişaf etmiş infrastrukturun formalaşdırılmasına şərait yaradıb.
İqtisadçı alim deyib ki, infrastrukturun inkişaf etməsi isə Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın MDB-də ən rəqabətqabliyyətli iqtisadiyyata malik olan ölkəyə çevrilməsinə gətirib çıxarıb. Ölkə Prezidentinin neftdən kənar iqtisadiyyatın formalaşması ilə bağlı bəyanatı isə sadəcə neftdən asıllığı aradan qaldırmayacaq, eyni zamanda ölkəmizin rəqabətqabiliyyətinin yüksəlməsinə səbəb olacaq. İqtisadiyyatın mövcud vəziyyəti strelizasiya islahatların mərhələli və səmərəli şəkildə aparılmasına imkan yaradacaq. Deməli, iqtisadi diversifikasiya ilə bağlı hədəflər artıq reallaşdırılmaqdadır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Sahibkarlığa bu qədər dəyərin verilməsi çox böyük şərəf və məsuliyyətdir
17.06.2019
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin siyahısı
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info