“The Guardian”: “Çin valyuta müharibəsinə girişib”
Tarix: 12.08.2015 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


“Pul menecerləri bu olayın qlobal iqtisadiyyatı destabilləşdirə biləcək bir valyuta müharibəsi olmasından əndişələndikləri üçün səhmlər, valyutalar və mallar ağır təzyiqə məruz qalıb”

Çin Çərşənbə günü yuanı yenidən devalvasiyaya məruz qoymaqla, dünya maliyyə bazarlarını heyrətə salıb. Bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri yazır. Qeyd edilir ki, Çin həm də bununla dünyanın ikinci iqtisadiyyatının investorların düşündüyündən də pis formada olmasından qorxduğunu göstərib. Çin valyutası, Çin Xalq Bankının Çərşənbə günü yuanın gündəlik orta məzənnəsini Çərşənbə axşamındakı devalvasiyadan da aşağı müəyyənləşdirməsindən sonra dörd ildə ən aşağı həddinə çatıb. O da bildirilir ki, Çərşənbə axşamı baş verən enmə bir “amortizasiya” rolunu oynayıb və Çin valyutasının son iki gündə 4% faiz civarında sürətlə aşağı düşməsi nəticəsində bazarlar regionlar üzərindən narahatlıqlarını göstərməyə başlayıblar ki, Pekin zərərli valyuta müharibəsinə girişib.
Pul menecerləri bu olayın qlobal iqtisadiyyatı destabilləşdirə biləcək bir valyuta müharibəsi olmasından əndişələndikləri üçün səhmlər, valyutalar və mallar ağır təzyiqə məruz qalıb. Yaponiya indeksli Nikkei fond bazarı 1 faizdən çox, Honq Konqdakı Hang Seng səhm bazarı isə 1,64 faiz geriləyib. Çin iqtisadiyyatı üçün çox vaxt etibarlı tərəfdaş sayılan Avstraliya dolları isə yenidən son 6 ildəki həddə enib və 72,25 ABŞ sentinə bərabər olub. ABŞ dollarının məzənnəsi isə bütün Asiya valyutalarına nisbətdə ciddi şəkildə qalxıb”.
Bundan başqa o da qeyd edilir ki, Brent markalı neftin də qiyməti yuana görə düşüb. Belə ki, bu neftin bir barrelinin qiyməti 2009-cu ilin martındakı həddinə çatıb. Bundan başqa əsas sənaye və tikinti materiallarının, nikel, mis, aliminiumun qiyməti də son altı ildə ən aşağı həddə düşüb.
Sinqapurdan Asiyada sabit gəlirlər üzrə mütəxəssis Rajeev De Mello bildirib ki, Çinin valyuta ilə bağlı fəaliyyəti mallar və aksiyalar kimi riskli aktivlər üçün zərərli olacaq: “Bu prosesin yuanın davamlı devalvasiyası üçün bir başlanğıc olduğunu demək hələ çox tezdir, bununla digər mərkəzi banklar prosesləri izləməyə məhkum edilə bilərlər və bu da dünyada valyuta zəifləməsinin yeni raundunu başlada bilər”.
O da qeyd edilir ki, yuanın Çərşənbə günü - bir gündə bu qədər düşməsi 1994-cü ildən bu yana bir gündə ən çox düşmə hesab edilir.
Bildirilir ki, ucuzlaşmış yuan Çin ixrac mallarının xarici bazarlarda daha ucuz qiymətə satılmasına yardım edəcək. Çərşənbə axşamı fabrik məhsulları, pərakəndə satışlar və sabit-aktiv kapital üçün qeydə alınmış lazımi göstəricilər dünyanın ikinci böyük iqtisadiyyatı üçün ləng artımı qeyd etməyə əsas verə bilər.
Beynəlxalq Valyuta Fondu isə bildirib ki, Çinin yuanı bazarlarda daha həssas etməklə bağlı fəaliyyəti xoşniyyətli addım kimi görünə bilər. Belə ki, Pekin iki-üç il çərçivəsində effektiv mübadilə tarifinə nail olmalıdır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info