Beynəlxalq gənclər günü ərəfəsində region gəncləri yarışdılar
Tarix: 12.08.2015 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi və Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə 12 avqust “Beynəlxalq Gənclər Günü “ ərəfəsində Şirvan şəhərində tələbə - gənclər arasında “Vətənini Tanı” adlı intellektual bilik yarışması keçirilib. Yarışmada 17 komanda olmaqla 85 gənc mübarizə aparıb. Mərkəzdən verilən məlumata görə, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir. 18 saylı məktəb liseydə baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Şirvan regional ofisinin rəhbəri Yusif Poladov ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.
Çıxış edən Şirvan şəhər Gənclər və İdman idarəsinin baş məsləhətçisi Əfqan Həsənov və digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar. Daha sonra komandaların iştirakı ilə yarış başlayıb. Final görüşündə 5 ən güclü intellektə sahib olan komanda arasında gedən mübarizədə “Güvən” komandası 1-ci yer, “4+1” komandası 2- ci yer , “Bermud” komandası 3-cü yerə layiq görülüb. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info