AGAT-ın gəncləri Fransada təkliflə çıxış ediblər
Tarix: 12.08.2015 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəalları Lalə Babayeva, Səbinə Tahirova, Əkbərli Fəridə, Samira Tağıyeva və Orxan Rəhimzadə 1-11 avqust, 2015-ci il tarixində Fransanın Paris şəhərində Erasmus plus proqramı çərçivəsində, AGAT-ın əməkdaşlıq etdiyi AMSED şəbəkəsinin və ACD təşkilatınının həyata keçirdiyi “Gənclərin incəsənət və rəqs vasitəsi ilə üstünlüyü olmayan gənclərin təhsilinin inkişaf etdirilməsi” adlı layihədə iştirak ediblər. Layihədə Azərbaycan, Türkiyə, Fransa, İsveç, Moldova, Ukrayna ölkələrini təmsil edən gənclər iştirak ediblər. Layihə çərçivəsində ilk gün iştirakçı ölkələrinin mədəniyyət axşamı keçirilib. Mədəniyyət axşamında iştirak edən ölkələrlə yanaşı, Azərbaycanı təmsil edən AGAT-çılar təşkilatın fəaliyyəti haqqında təqdimat edib və ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti haqqında informaiya vermişdir. Daha sonra milli mətbəximizin təamları təqdim olunub. Proqramın növbəti günlərində iştirakçılar Fransanın ADİE təşkilatını və Gənclərin informasiya mərkəzini ziyarət ediblər. Növbəti günlərdə keçirilən təlimlərdə qeyri-rəsmi təhsil sistemi çərçivəsində gənclərin layihələrində istifadə edə biləcəyi metodlar müzakirə olunub. Layihə müddətində iştirakçılar incəsənət sahəsində olan bacarıqlarını nümayiş etdirməklə müxtəlif rəqs nömrələri hazırlayıblar.Eyni zamanda müxtəlif sessiyalarında iştirakçılar arasında layihə ideyaları müzakirə olunub. AGAT-çılar da öz növbəsində “Art in Tolerance” adlı layihə ideyasını təklif edib. Layihənin sonunda 6 ölkəni təmsil edən iştirakçılar 10 günllük proqram müddətində hazırladıqları rəqs nömrələrini nümayiş etdiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info