Xaricdə təhsil almaq üçün vasitəçiyə ehtiyac yoxdur
Tarix: 12.08.2015 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


İradə Əliyeva: “Azərbaycanda xaricdə təhsil mərkəzlərinin sayı artıb ”

Son illər abituriyentlər ali məktəblərə imtahan verən müddətdə bəzi insanlar yeni qazanc yoluna əl atırlar. Belə ki, bu cür insanlar hərəsi müxtəlif adlarla xaricdə təhsil mərkəzləri yaradaraq imtahandan kəsilənlərin attestatla xarici universitetlərə qəbulunu təşkil edirlər. Əlbəttə ki, belə mərkəzlərin içində abituriyentlərin qəbulu işini düzgün aparanlar da var. Amma bunların arasında insanları aldadaraq, dələduzluq yolu ilə pul qazananlar da az deyil. Hətta onlardan bir neçəsi aldadılan valideynlərin kütləvi şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunaraq həbs də ediliblər. Əlbəttə ki, işin bu həddə gəlməsi abituriyentlərin və ya onların valideynlərinin məlumatsızlığındandır. Bu gün heç bir xaricdə təhsil mərkəzinə müraciət etmədən hər kəs bu prosesi özü də keçə bilər. Məhz bunu etməyənlər öz pullarını göyə sovururlar. Əslində, bu məsələ ilə bağlı cəmiyyətin məlumatlılıq səviyyəsinin artırılmasına ehtiyac var. Bu fikirlə, bizimlə söhbətində Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyinin sədri İradə Əliyeva da razılaşdı. Onun sözlərinə görə, Azərbaycanda günü-gündən göbələk kimi yerdən çıxan xaricdə təhsil mərkəzlərinə rast gəlinir: “Məni maraqlandıran bu mərkəzlərin nə dərəcədə qanun çərçivəsində işləmələridir. Onların gəlirlərindən dövlətə vergi verib-verməməsi sual altındadır. Bu mərkəzlər nəyə əsasən qiymətləri təyin edirlər? Məsələn, Türkiyənin eyni universitetinə hər hansı abituriyentin qəbulunu bəziləri 800, bəziləri 2500, bəziləri isə 3000 manata həyata keçirirlər. Bəs, bunun fərqi nə oldu?”.
İradə Əliyeva bildirdi ki, bu mərkəzlərin əksəriyyəti çox primitiv qaydada iş aparırlar: “Təsəvvür edin ki, Harvard Universitetinə yalandan attestatla adam göndərirlər. Mərkəzlər var ki, məsələn, müəyyən sayda abituriyent topladıqdan sonra Türkiyəyə göndərirlər. Orada abituriyentləri guya mərkəzin nümayəndəsi qarşılayır. Lakin bir çox hallarda buradan deyilən universitetə deyil, başqasına qəbulunu təşkil edirlər. Eləsi də var ki, öz hesabına günlərlə qalır orda, amma sonda qəbulu mümkün olmur, kor-peşman Azərbaycana qayıdır. Sonra da ödədiyi pulu süründürməçiliklə geri alır, bəzisi də var ki, heç pulunu da ala bilmir”.
ZAUM sədri dedi ki, xaricdə təhsil üçün hər kəs, özü də istənilən universitetə müraciət edə bilər: “Normal qaydada xaricdəki istədiyin universitetin saytına girib uyğun fakültəni seçmək mümkündür. Öz sorğunu göndərirsən, müəyyən müddətdən sonra qəbulla bağlı xəbər verilir. Əgər qəbul olursansa, attestatını və digər lazımi sənədlərini aparıb təqdim edirsən. Daha bunun üçün hansısa vasitəçiyə ehtiyac yoxdur”.
Söhbət əsnasında İradə Əliyeva attestatla universitetə qəbulun mənfi tərəfələrindən də danışdı: “Bəzən Bakıda keçirilən təhsil sərgilərində attestatla uşaqları universitetə qəbulunu keçirirlər. Hətta belə universitetlər sərginin təşkilatçılarına ödəniş də edirlər ki, orda iştirak etsinlər. Ümumiyyətlə, məni narahat edən Azərbaycanın pullarının xaricə çıxmasıdır. Burada keçid balı toplaya bilməyən abituriyentlər attestatlarını götürüb xaricə gedirlər. İndi bu, başqa bir məsələdir ki, onlar orada həqiqətən təhsil alanda oxuyurlarmı və təhsillərini vaxtında bitirirlərmi? İllərlə xaricdə oxuyub diplom ala bilməyən tələbələrimiz var. Hər il təhsilhaqqı ödəyir və qalmaq üçün xərc çəkirlər, amma ilin sonunda imtahandan kəsilirlər. Bütün bu xərclər azərbaycanlıların cibindən gedir. Bir çoxları imic üçün xaricdə oxumağa gedir. Amma təəssüf ki, istədikləri imici formalaşdıra bilimlər”.
Onun fikrincə, attestatla qəbulu dövlət mərkəzləşdirilmiş şəkildə edə bilər: “Belə olanda dövlət bilər ölkəsindən kənara hansı gənci göndərir. Sabah gələndə də, onların diplomunun tanınması problemi ortaya çıxmaz. Çünki bir çox hallarda bu tələbələrin qayıdandan sonra diplomunun tanınması problemə çevrilir. Ona görə də, əgər attestatla qəbul mümkündürsə, elə özümüz o sistemə keçək. İndi belə bir fikir var ki, növbəti ildən şagirdlərin orta məktəb imtahanları əsasında ali məktəblərə qəbulu məsələsi olsun. İnkişaf etmiş əksər xarici ölkələrdə bu təcrübədən yararlanırlar. Azərbaycanda bu məsələ gerçəkləşdirilsə, attestatla xaricdə təhsil almağa getməyin qismən qarşısı alınar”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info