Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətini öyrənirik” mövzusunda kurs başlayıb
Tarix: 12.08.2015 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətini öyrənirik” mövzusunda kursa başlanılıb.
AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək kursda sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün müvafiq tədris proqramlarının keçirilməsi, həmçinin məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Kursda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə “Sahibkarlığın mahiyyəti, sahibkarlıq fəaliyyəti” mövzusunda çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına yaradılmış şəraitdən söhbət açıb, bu sahəyə göstərilən dövlət dəstəyindən bəhs edib.
Bildirilib ki, hazırda sahibkarlığın inkişafı üçün muxtar respublikada münbit şərait yaradılıb. Özəl sektora hərtərəfli dövlət dəstəyinin göstərilməsi nəticəsində muxtar respublikada çoxsaylı sahibkarlıq subyektlərinin yaradılmasına nail olunub. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb. Mircavid Tağızadə bu sahədə əldə olunan uğurların həm də məşğulluq məsələlərinin həllində mühüm əhəmiyyətə malik olduğunu deyib.
Kursda “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün layihələrin hazırlanması, kreditlərin verilməsi və digər dövlət dəstəyi”, “Sahibkarlar və dövlət nəzarət orqanlarının qarşılıqlı fəaliyyəti”, “Sahibkarlıq fəaliyyətində vergi və digər ödənişlər haqqında” və “Sahibkarlıq fəaliyyətində ixtisaslı kadrların xüsusiyyəti, menecment və marketinqin rolu” mövzularında seminarlar keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir
23.01.2019
Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra balacaların ixtiyarına verilib
23.01.2019
Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
23.01.2019
Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində ilin yekunları
23.01.2019
Ağstafada 9,3 kilometrlik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info