“Biz xeyli yorulduq və bu da işimizi çətinləşdirdi”
Tarix: 12.08.2015 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


“Oyun bizim üçün qəribə başladı, biz uduzurduq. Elə bu an düşündüm ki, biz daha yaxşı oynayırıq və güclüyük”.
Bu sözləri Avropa Super Kuboku uğrunda “Barselona” - “Sevilya” oyununun nəticələrini UEFA-nın saytına şərh edən Lionel Messi deyib. “Birinci hissədən sonra bizə elə gəldi ki, artıq qələbə bizimdir. Bütün komanda yaxşı oynayırdı və qol məqamları yaradırdıq. Amma sonra biz xeyli yorulduq və bu da işimizi çətinləşdirdi. Onlar bundan istifadə edib hesabı bərabərləşdirdilər”, - deyə o qeyd edib. Messi, həmçinin Pedronun qələbə qolu vurmasından danışaraq buna çox şad olduğunu deyib: “Buna çox şadam. Onun hansı qərar verəcəyini bilmirəm, amma biz onu daim dəstəkləyəcəyik. O, kluba çox şey bəxş edib və bu qola layiqdir”. Qeyd edək ki, Tbilisidə keçirilən UEFA Super Kubokunun qalibi "Barselona" olub. Çempionlar Liqasının son qalibi "Barselona" Avroliqanı qazanan "Sevilya"nı 5:4 hesabı ilə məğlub edərək superkubokun sahibi oldu. Qarşılaşmada qapılara 9 qol vurulub. Fasiləyə 3:1 hesabı ilə üstün yollanan Kataloniya təmsilçisi ikinci hissənin əvvəlində daha bir dəfə fərqlənib. Lakin "Sevilya" ikinci hissədə hesabı bərabərləşdirməyi bacarıb. Əlavə vaxtda daha bir qol vuran "Barselona" tarixində 5-ci dəfə superkuboka sahib çıxıb. Superkuboku qalib komandaya UEFA-nın prezidenti Mişel Platini, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili təqdim ediblər. Qeyd edək ki, "Barselona" tarixi ərzində 9-cu, "Sevilya" isə dördüncü dəfə superkubok matçına çıxıb. Kataloniya təmsilçisi 4 dəfə qalib gəldiyi halda, "Sevilya" cəmi bir dəfə superkuboka sahib çıxmışdı. 1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox "Milan" qazanıb. İtaliya təmsilçisi 5 dəfə superkuboku muzeyinə aparıb. "Barselona" da qələbədən sonra "Milan"a çatıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info