Güləşçimiz Braziliyada keçirilən Dünya Çempionatında gümüş medal qazanıb
Tarix: 12.08.2015 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında Dünya Çempionatı keçirilir. Çempionatda güləşin hər üç növü üzrə Azərbaycan yığma komandası iştirak edir.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi ilə ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edirlər. Yarışların ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurublar. Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Nofəl Babayev ilk görüşdə Qırğızıstandan olan rəqibinə qalib gəlsə də, Gürcüstan idmançısına məğlub olub. Rəqibin finala çıxması ilə güləşçimizi təsəlliverici görüşə qatılıb. Macarıstan güləşçisi üzərindəki qələbə N.Babayevə bürünc medal şansı verib. Həlledici görüşdə Özbəkistan idmançısına uduzan güləşçimiz çempionatı beşinci sırada tamamlayıb. Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq Cənubi Afrika Respublikası, Ermənistan, Gürcüstan və Yaponiya təmsilçiləri üzərində inamlı qələbələr qazanan güləşçimizin son rəqibi Rusiya pəhləvanı olub. Ancaq bu dəfə rəqibinə uduzan Kərim Cəfərov Dünya Çempionatının gümüş medalına yiyələnib. Yarışda 96 kiloqram çəki dərəcəsində təmsilçimiz Soslan Fanziyev ilk görüşdə ABŞ idmançısını üstələyib, ardınca İran təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq imkanı verib. Estoniyalı rəqibinə qalib gələn güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Rusiya təmsilçisi ilə görüş rəqibin xeyrinə başa çatıb və S.Fanziyev çempionatı beşinci sırada tamamlayıb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
26.05.2019
“The Daily Star”: “Arsenal” Henrix Mxitaryanı satmağı qərara alıb
26.05.2019
Azərbaycan boksçuları Çexiya Qran-prisində bir qızıl və bir bürünc medal qazanıblar
26.05.2019
Rusiya üçlüyü aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb
26.05.2019
“Bavariya“ Almaniya kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info