“Mən hələ belə final görməmişdim”
Tarix: 12.08.2015 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


"Rəqib oyuna sürətli başladı, ancaq biz qısa müddətdə toparlandıq. Buraxdığımız qoldan sonra hesabı bərabərləşdirə bildik və hesabı 4:1-ə qədər gətirdik. Amma onlar həvəsdən düşmədi. Səhvlərimiz ucbatından "Sevilya" hesabı bərabərləşdirdi. Bu, bizim üçün çox pis oldu. Yaxşı ki, əlavə vaxtda vacib qolu vurduq".
Bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike UEFA superkubokunda "Sevilya"ya 5:4 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. O, qarşılaşmanın çətin keçdiyini bildirib: "Güclü rəqibə qarşı oynadıq. Düzü, oyunun belə keçəcəyini gözləmirdik. Bu matç hər çempionluğun nə qədər çətin qazanıldığını bir daha göstərdi. Qalib gələrək azarkeşlərimizi məmnun etdiyimiz üçün xoşbəxtəm". L.Enrike komandada bəzi çatışmazlıqların olduğunu bildirib: "Bu problemləri qısa müddətdə oyunçularla birgə həll edəcəyik. Mövsüm öncəsi yaxşı səviyyədə olduğumuzu düşünürəm". L.Enrike deyib ki, o, məşqçilik karyerasında bundan da gərgin oyunların iştirakçısı olub: “Amma bunlar həlledici qarşılaşmalarda olmamışdı. Mən hələ belə final görməmişdim”.




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info