Erməni fəalları “Ermənistan Elektrik Şəbəkəsi“nin milliləşdirilməsini tələb edir
Tarix: 13.08.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


İrəvanın mərkəzində “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları ictimai xidmətlərin tənzimlənməsi komissiyasının istefası “Ermənistan Elektrik Şəbəkəsi”nin milliləşdirməsi tələbi ilə bağlı mitinq keçiriblər. “Onlar ölkənin enerji sistemini boğaraq “elektrik xətlərini” özlərinin şəxsi biznesinə çeviriblər.
Biz bu mübarizəmizlə yalnız qəbul edilmiş qərara yenidən baxılmasına çağırış etmirik, həm də hakimiyyətin xalqa güzəştə getməsini tələb edirik” - deyə hərəkatın koordinatorlarından biri olan David Sanasaryan “İnterfaks” agentliyinə bildirib. Məlumatlara görə, mitinqçilərə onlarla müxalifətçi də qoşulub. Aksiya iştirakçıları hökumətin qarşısında 15 maddədən ibarət yeni tələblər qoyublar. Bu tələblər əsasən hökumət dairələrinin cinayətkar məmurlardan təmizlənməsi və xalqdan oğurlananların geri qaytarılması ilə bağlıdır. Nümayişçilər, həmçinin iyunun 23-də Baqramyan prospektində keçirilən mitinqdə onlara qarşı zor tətbiq etmiş polislərin həbsini də tələb edirlər. Ən əsas tələb isə ölkə rəhbərliyinin istefasıdır. Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin son üç il ərzində artıq üçüncü dəfə bahalaşması ictimai-siyasi dairələrin də etirazına səbəb olub. Məhz buna görə də İrəvanın “Respublika” meydanında oturaq etiraz aksiyası keçirən “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları elektrik enerjisinin qiymətinin 6.93 drama qədər artırılması qərarının ləğv edilməsini tələb edirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info