Kürdəmirin Çöl-Ərəb kəndinə təbii qaz verilib
Tarix: 13.08.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunun Çöl-Ərəb kənd yaşayış məntəqəsinə təbii qaz verilib. 556 nəfər sakinin yaşadığı bu kənd rayon mərkəzinin 18 kilometrliyində yerləşir. Qazlaşdırma zamanı 12 min 378 metr müxtəlif diametrli metal borudan istifadə olunub, 113 abonent sayğacla təmin edilib.
Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə dünən təntənəli açılış mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kəlbalayev sakinləri təbrik edərək respublikamızda, eləcə də Kürdəmirdə şəhər, qəsəbə və kəndlərdə həyata keçirilən sosial layihələrdən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Vurğulanıb ki, Prezidentin diqqət və qayğısı ən ucqar yaşayış məntəqələrində belə yol infrastrukturunun yaxşılaşdırılmasında, insanların elektrik enerjisi, təbii qazla normal təminatında mühüm rol oynayır. Qeyd olunub ki, bir müddət öncə Kürdəmirin Garıs-Əyribənd kəndinə də təbii qaz verilib. Hazırda Ərşəli, Karrar, Ərəbxana kəndlərində qazlaşdırma işləri başa çatdırılıb və açılışa hazır vəziyyətdədir. Bundan başqa, daha 17 kənddə qazlaşdırma işləri davam etdirilir. Mərasimdə çıxış edən kənd ağsaqqalı Məmməd Abışov, ziyalı Dilbər Qədirova əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda “mavi yanacağ”ın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq
14.06.2019
Bakıda “Dövlət-Biznes Dialoqu” mövzusunda “dəyirmi masa” keçirilib
14.06.2019
KOB-lar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info