Amerikalı teleaparıcıdan Kardaşyanlara etiraz
Tarix: 13.08.2015 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Con Braun adlı aparıcı Kardaşyanın bacısı ilə bağlı xəbəri oxumaqdan imtina edərək studiyanı tərk edib
Amerikanın “Fox35” telekanalında qalmaqal yaşanıb. Televiziyada yayımlanan proqramlardan birinin aparıcısı Con Braun verilişin gedişində özündən çıxaraq, ona verilən tapşırığı yerinə yetirməkdən imtina edib.
Rusiyanın “Metro” saytının yaydığı məlumata görə, aparıcının özündən çıxmasına əsas səbəb erməni əsilli Kim Kardaşyanın 18 yaşlı bacısı Kayli Cennerin özü üçün ev dovşanı alması barədə xəbər olub. Aparıcı bu xəbəri oxumaqdan imtina edib. Braun elə efirdəcə, “bu ailənin xəstə olduğunu” etiraf edib. Telekanalın aşağı çərçivəsində aparıcının nümayişkaranə şəkildə studiyanı tərk etdiyi və həmkarlarını da onunla həmrəy olmağa çağırış etməsi əks olunub. “Adətən cümə günləri məndə böyük əhval-ruhiyyə olur. Lakin mən, lənətlənmiş Kardaşyanlar barədə danışmaq fikrində deyildim. Onlar barədə hər gün danışırlar. Bu, sadəcə dözülməzdir” - deyə aparıcı bildirib. Qeyd edək ki, bu qalmaqal tezliklə “Feysbuk”un Amerika seqmentində ən məşhur xəbərlərdən birinə çevrilib. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti aparıcının bu hərəkətinə dəstək nümayiş etdiriblər. Xatırladaq ki, Kardaşyan ailəsi haqqında "Keeping Up With The Kardashians" realiti-şousu Amerikanın “E” televiziya kanalı vasitəsilə 2007-ci ildən yayımlanır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...
24.06.2019
Əfqanıstanda 5 DEAŞ terrorçusu öldürüldü
24.06.2019
“Türkiyədə yeni dönəm başlayır”
24.06.2019
Türkiyə SQ İraqın şimalında 58 terrorçunu zərərsizləşdirib
23.06.2019
Hindistanda kəskin ensefalit xəstəliyi 145 insanın həyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info