“Gənclərin seçki kampaniyasında fəal iştirakı onlara böyük təcrübə qazandırır”
Tarix: 13.08.2015 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar partiyanın Gənclər Birliyinin nümayəndələri ilə görüşüb. YAP-ın seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən Əli Əhmədov gənclərin də bu kampaniyada iştirak payının vacibliyini vurğulayıb:
“Çünki bu, siyasi partiyanın gənclər qolu olaraq təşkilatın vəzifəsidir. Ümumiyyətlə, biz bütün seçkilərdə gənclərin potensialından səmərəli istifadə etməyə çalışırıq. Qarşıdan gələn seçki kampaniyasında da belə olacaq. Eyni zamanda, gənclərin seçki kampaniyasında fəal iştirak etməsi onlara siyasi fəaliyyətlərində böyük təcrübə qazandırır”. YAP sədrinin müavini qeyd edib ki, seçki kampaniyasına rəsmi start verildikdən sonra müəyyənləşdirilən qayda üzrə tədbirlər həyata keçiriləcək. YAP Gənclər Birliyinin fəalları seçki kampaniyasının müxtəlif mərhələlərində prosesə cəlb olunacaqlar. Belə ki, partiyanın namizədlərinin imzatoplama kampaniyasında, müşahidəçilik prosesində, namizədlərin təşviqat kampaniyasında və s. məsələlərdə gənclərin imkanlarından geniş istifadə ediləcək: “Partiyanın yerli strukturlarında seçki qərargahları fəaliyyətə başlayıb, gənclər bu qərargahların işində də yaxından iştirak edə, namizədlərə seçki kampaniyalarını uğurlu şəkildə aparmalarına yaxından dəstək ola bilərlər. Eyni zamanda, gənclər seçici kimi də böyük elektoratdır. Hesab edirəm ki, seçki kampaniyası dövründə gənclərin səsverməyə cəlb olunması üçün partiyanın Gənclər Birliyi fəal iş aparmalıdır. Bu mənada ilk dəfə səsvermə hüququ qazanan gənclər arasında təşviqatın aparılması məqsədəuyğundur”. Əli Əhmədov qeyd edib ki, YAP Gənclər Birliyi öz fəaliyyəti ilə ölkənin ən güclü gənclər təşkilatı olduğunu bir daha sübut etməlidir. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, eyni zamanda, bir sıra təkliflərlə çıxış edib. Gənclərin sosial şəbəkələrdə fəal iştirakı ilə bağlı müəyyən layihələrin olduğunu deyən S.Orucov region gəncləri ilə müxtəlif görüşlərin keçirilməsinin zəruri olduğunu söyləyib. Sonda Əli Əhmədov YAP Gənclər Birliyinin layihələri ilə əlaqədar gənclərə tövsiyələrini verib. YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı görüşdə iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Səudiyyə Ərəbistanı Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafı üçün səy göstərir
21.01.2019
Türkiyə KİV-ləri: 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş hərbi cinayətdir
21.01.2019
20 Yanvar hadisələri Özbəkistanda anılıb
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info