Azərbaycan “Xəzər kuboku-2015” yarışlarında yüksək səviyyədə iştirak edir
Tarix: 13.08.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Avqustun 1-də Mahaçqala limanı yaxınlığında başlayan Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə “Xəzər Kuboku - 2015” beynəlxalq müsabiqəsi davam edir.
Beynəlxalq müsabiqədə ölkəmizi Hərbi Dəniz Qüvvələrinin 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisi təmsil edir.
“Xəzər Kuboku - 2015” yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirir.
Yarışların birinci mərhələsində iştirakçı ölkələrin heyətlərinin artilleriya silahları ilə davranma və atış vərdişləri yoxlanılıb. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Qazaxıstan Hərbi Dəniz Qüvvələri və Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının heyətləri müxtəlif tapşırıqlar yerinə yetirib. Hava hədəflərinə atəş zamanı hər üç ölkənin iştirakçı komandası yüksək peşəkarlıq nümayiş etdirərək bu mərhələdə hava hədəflərini məhv edib. Ağır hidrometereoloji şəraitdə, küləklihavada üzən mina və maneələrlə atış zamanı da dənizçilərimiz yüksək döyüş hazırlığı nümayiş etdirib.
Birinci mərhələnin yekunlarına görə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının kiçik raket gəmisi "Qrad Sviyajsk" birinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin raket-artilleriya gəmisi "Sarı Arka" ikinci, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi-patrul gəmisi "G-124" üçüncü yeri tutub.
İkinci mərhələdə heyətlərin dəniz vərdişləri yoxlanılıb. Turnirin 2-ci mərhələsinin şərtlərinə görə “Beynəlxalq Siqnallar Toplusu” üzrə verilən siqnalların qəbulu, açıqlanması, cavablarının hazırlanaraq digər gəmilərə ötürülməsi üzrə müsabiqədə Rusiya Federasiyasından və Qazaxıstandan olan həmkarlarını qabaqlayaraq 1-ci, gəminin serinq üsulu ilə təyin olunmuş nöqtəyə lövbərə qoyulması, təyin olunan kursun saxlanması müsabiqəsində isə ümumilikdə 29 bal toplayaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-124 gözətçi gəmisinin heyəti 2-ci yeri tutub. Bu mərhələdə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının kiçik raket gəmisi "Qrad Sviyajsk" birinci, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gözətçi-patrul gəmisi "G-124" ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin raket-artilleriya gəmisi "Sarı Arka" üçüncü yeri tutub.

Rusiya Federasiyası Hərbi Dəniz Donanması Döyüş Hazırlığı İdarəsinin rəisi, “Beynəlxalq Xəzər Kuboku - 2015” müsabiqəsinin baş hakimi kontr-admiral Kaçemazov Viktor Nikolayeviç yarışların nəticələrindən danışarkən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin də iştirakını yüksək qiymətləndirib: “Yarışın baş hakimi olaraq heyətlərin əzmkarlığı və peşəkarlığı mənə böyük zövq verdi. Hər bir komanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Bu yarışda Venesuella, Anqola, Çin və Hindistandan beynəlxalq müşahidəçilər də iştirak edirdilər. İnanıram ki, növbəti illərdə "Xəzər kuboku"nda iştirak etmək istəyən iştirakçıların sayı artacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info