AŞPA məruzəçisi Azərbaycana səfər edəcək
Tarix: 13.08.2015 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Avqustun 24-27-də “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Miliça Markoviçin Azərbaycana növbəti səfəri baş tutacaq. Bu haqda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.
Məruzəçi 5 nəfərlik nümayəndə heyəti ilə ölkəmizə gəlir. Nümayəndə heyətinə müstəqil ekspert Styliani Lydia Vamvakeriou da daxildir. Səfər zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Su Ehtiyatları Dövlət Agentliyində, eləcə də AŞPA-dakı milli nümayəndə heyətinin üzvləri, Dünya Bankının Azərbaycan Ofisinin nümayəndələri və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri ilə görüşlər planlaşdırılır. Məruzəçi avqustun 26-sı regiona, Sərsəng su anbarının təsiri altında olan rayonlara səfər edəcək, müvafiq qurumlarla, yerli icma ilə görüşlər keçirəcək və Sərsəng su anbarının yerli sosial-iqtisadi duruma təsiri vəziyyətini araşdıracaq.
Xatırladaq ki, 2014-ci ilin 14-20 dekabr tarixlərində məruzəçi Azərbaycana ilk səfərini etdi. Bundan sonra xanım Miliça Markoviç Ermənistana da səfər etməli idi. Lakin işğalçı Ermənistan və onun havadarları hər vəchlə bu səfərin qarşısını almağa çalışırlar. Miliça Markoviç ötən ilin oktyabr ayından bəri bu səfərin baş tutmasına çalışsa da, Ermənistan tərəfindən razılıq alınmasına nail ola bilməmişdir. AŞPA Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi tərəfindən məsələ ilə bağlı Ermənistan hökumətinə rəsmi məktub göndərilsə də, hələ də müsbət nəticə əldə olunmayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info