Əfqanıstan veteranları cəbhə bölgəsində olublar
Tarix: 13.08.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Vaxtı ilə Əfqanıstanda xidmət çəkən, döyüşən bir qrup veteranımız ön cəbhədə olub. Onlar Tovuz rayonunun düşmənlə həmsərhəd kəndi olan Əlibəylidə döyüş postlarında xidmət çəkən əsgər və zabitlərlə görüşüblər. Burada onlar üçün yaradılan şəraitlə tanış olub, öz təcrübələrini bölüşüblər.
Əfqansıtan müharibəsi veteranları Tovuzun Əlibəyli kəndində yerləşən "N" saylı hərbi hissəsində olub. Bu haqda “ttv.az” məlumat yayıb. Onlar düşmənlə üzbəüz mövqedə dayanan hərbçilərlə görüşüblər. Veteranlar ehtiyatda olmalarına baxmayaraq, daim onlarla birgə döyüşə hazır olduqlarını deyiblər. Məqsəd ön xətdə olan hərbçilərin hərbi vətənpərvərlik tərbiyəsini, mənəvi-psixoloji hazırlığını və şəxsi heyətin döyüş ruhunu yüksəltməkdir.
Əfqanıstan müharibəsinin veteranları postlarda döyüş növbətçiliyi çəkən əsgərlərə baş çəkib, onlar üçün yaradılan şəraitlə tanış olublar. Qazandıqları təcrübələri əsgərlərimizlə bölüşüblər.
Ön cəbhədə xidmət edən hərbçilər ağır döyüş yolu keçmiş Əfqanıstan veteranlarının təcrübələrindən bəhrələnməyi özlərinə həm borc bilir, həm də bundan qürur hissi keçirdiklərini deyirlər.
Sonda xidmətdə fərqlənən bir qrup əgər və zabit Əfqanıstan veteranları adından fəxri fərman və medallarla təltif olundular. Bir əsgərin mükafatı isə elə onun xidmət çəkdiyi yerdə - postda təqdim olundu. Əfqanıstan müharibəsi veteranlarının cəbhəboyu bölgələrə səfəri bir həftə davam edəcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info