Naxçıvanda İKT-nin tətbiqinə xüsusi diqqət yetirilir
Tarix: 13.08.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 8 min 808 metr məsafədə Mahmudoba-Kolanı və Ordubad rayonunda 8 min 300 metrlik məsafədə Parağa-Tivi kəndlərarası fiber-optik kabel xətlərinin çəkilişi başa çatdırılıb.
Bununla yanaşı, ötən ay Naxtel baza stansiyalarında 4G şəbəkəsinin qurulması işi də davam etdirilib. Naxçıvan şəhərində, Şərur rayonunun İbadulla, Babək rayonunun Nehrəm, Cəhri, Nəzərabad kəndlərində, eləcə də Culfa, Ordubad və Şahbuz rayonları ərazisində yeni 4G baza stansiyaları qurularaq istifadəyə verilib.
“Elektron hökumət” portalının fəaliyyəti də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin elektron xidmətlərində müvafiq dəyişikliklər edilib. Bundan başqa, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə beynəlxalq yarışın “İdman Azərbaycan” və “Kanal 35” televiziyaları ilə yanaşı, www.nakhchivan.az portalında da canlı yayımı təşkil olunub.
Naxçıvanda internet xidmətlərinin səviyyəsi də yüksəldilib, daxil olan internet trafikinin həcmi 10 Gb/s-dək artırılıb. Bu sahədə görülən işlər internet istifadəçilərinin sayına da öz təsirini göstərib, ötən ay 435 yeni abunəçi genişzolaqlı ADSL texnologiyasından istifadə etməyə başlayıb.
Muxtar respublikada abonentlərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ötən dövrdə 285 yeni telefon nömrəsi istismara verilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info