Rusiyanın batan gəmisinin ekipaj üzvləri xilas edilib
Tarix: 13.08.2015 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Yəmənin Sokotra adası yaxınlığında Rusiyaya məxsus gəminin bütün personalı xilas olunub və onlar gəminin batdığı yerin cənub-qərbindəki Samhain adasına aparılıb. “Gəmi heyəti təcili tibbi yardıma ehtiyac duymur”, – deyə məlumatda qeyd edilir.
Nazirlik, onu da bildirib ki, gəmi qəzasından dərhal sonra Rusiyanın bölgədəki diplomatik nümayəndələri dənizçiləri xilasetmə əməliyyatında aktiv iştirak ediblər. Gəmi heyətinin Bəhreyndə yerləşən Yaponiya dəniz qüvvələrinə aid gəmilərlə avqustun 10-da xilas edilməsi planlaşdırılsa da, lakin ağır hava şəraiti bu əməliyyata mane olub. Təkrar xilasetmə əməliyyatına başlamaq üzərində hazırlıq işləri aparılır.
Rusiya Xarici İşlər Nazirliyindən batan gəminin çətin anlar yaşayan ekipaj üzvlərinə kömək çatdırmaq üçün Rusiya Fövqəladə Hallar Nazirliyi və Rusiyanın Yəmən, Cibuti, Bəhreyndəki səfirlikləri ilə yaxından əməkdaşlıq etdikləri bildirilib.
Xatırladaq ki, avqustun 7-də Yəmən sularında Rusiyaya məxsus gəmi qəzaya uğrayıb. Gəminin 24 ekipaj üzvünün arasında Rusiya, Ukrayna və Filippin vətəndaşlarının olduğu təxmin edilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info