Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmədə şahid ifadələri dinlənilib
Tarix: 13.08.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, məhkəmədə ilk olaraq, şahid qismində “Azadlıq” radiosunun əməkdaşı Ülkər Quliyeva ifadə verib.
Ü.Quliyeva 2005-ci ildən radionun Bakı bürosunda işlədiyini, əmək haqlarının məbləğinin radionun Praqa ofisindən müəyyənləşdirildiyini və əmək haqqını bank vasitəsi ilə aldığını deyib.
Sonra şahid dövət ittihamçısı Ramazan Hadıyevin suallarını cavablandırıb.
Hakim R.Allahverdiyeva radionun digər əməkdaşı Fərid Abdullayevin ölkədə olmadığı üçün prosesdə şahid qismində ifadə verə bilməyəcəyini deyib və onun ilkin istintaqa verdiyi ifadəsini prosesdə elan edib.
İfadədə bildirilir ki, F.Abdullayev 2013-cü ilin yanvarından “Azadlıq” radiosunun Bakı bürosunda çalışıb. Əmək müqaviləsinə görə, əmək haqqından 4 faiz vergi tutulub. O ifadəsində qeyd edib ki, X.İsmayılovanın əvvəllər “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olduğunu və onun büroda yüksək nüfuza malik olmasını eşidib. F.Abdullayev ifadəsində eyni zamanda, T.Mustafayevin intihara cəhd etməsi haqqında mətbuatdan eşitdiyini də qeyd edib.
Sonra X.İsmayılova deyib ki, F.Abdullayevin məhkəmə prosesində özünün ifadə verməsini istəyir.
Daha sonra X.İsmayılovanın vəkili Cavad Cavadov Hümbətova Şəhla Knyaz qızının əlavə şahid qismində məhkəmə prosesinə dəvət edilməsi barədə vəsatət qaldırıb.
Vəsatət təmin edilməyib.
Sonra X.İsmayılovanın digər vəkili Fariz Namazlı T.Mustafayevin "Azadlıq" Radiosu və "Meydan TV"-dən işdən çıxmasının səbəblərini göstərən bu 2 qurum tərəfindən verilmiş bəyanatların sübutlar siyahısına daxil edilməsini, eyni zamanda, T.Mustafayevin "Azadlıq" radiosundan işdən çıxmaq istəməsi barədə Bakı bürosunun rəhbəri Babək Bəkirlə email yazışmalarının sübutlar siyahısına daxil edilməsi barədə vəsatətlər qaldırıb.
Müdafiə tərəfinin bu vəsatətləri təmin edilməyib.
Sonra vəkil F.Namazlı bildirib ki, T.Mustafayev zərərçəkən kimi ifadə verərkən facebook-dakı şəxsi yazışmalarını prokurorluq orqanına könüllü vermədiyini deyib. Vəkil qeyd edib ki, buna görə də, həmin yazışmalar sübutlar siyahısından çıxarılsın. Bundan başqa, vəkil F.Namazlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq strukturları və MTRŞ-nin nümayəndələrinin "Azadlıq" radiosunun yayımlanması məsələləri ilə bağlı əlavə şahid qismində məhkəmə prosesinə çağırılması barədə də vəsatət qaldırıb.
Sonra X.İsmayılova bildirib ki, "Azadlıq" radiosunun Bakı bürosunun yayım siqnalı Almaniyadan alınıb və büronun yayımı Bakıdan həyata keçirilməyib.
Dövlət ittihamçısı R.Hadıyev T.Mustafayevin facebook yazışmalarına baxışın həyata keçirilməsini yolverilməz hesab etmədiyini deyib. R.Hadıyev əlavə olaraq bildirib ki, "Azadlıq" radiosu 2008-ci ildən lisenziyasız fəaliyyət göstərib, ona görə də qurum qanunsuz sahibkarlıqla məşğul olub.
Məhkəmə müdafiə tərəfinin sonuncu vəsatətlərini rədd edib.
Prosesin sonunda X.İsmayılova vəkilləri ilə təcridxanada görüşmək üçün vaxt istəyib.
Hakim istəyin təmin olunacağını bildirib.
Proses sabah saat 3-də davam etdiriləcək.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info