“Bakcell” baza stansiyaların sayına görə lider mövqeyə sahib olur
Tarix: 13.08.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti abunəçilərinə göstərdiyi mobil rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına, əhatə dairəsinin daha da genişləndirilməsinə və şəbəkənin gücləndirilməsinə sərmayə yatırmağa davam edir. Hazırda “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 2000-ə yaxın 3G stansiyası sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85 faizini, ölkə ərazisinin isə 70 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. Şəbəkənin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində şirkət 2G, 3G və 4G baza stansiyalarının sayına görə rəqiblərini üstələyib. Ümumilikdə baza stansiyalarının sayını 5299-a çatdıran şirkət cəmi bir neçə ay əvvəl istifadəyə verdiyi 4G xidməti üzrə də ölkədə lider mövqeyə sahibdir. Hazırda “Bakcell” 2947 2G, 1979 3G və 373 4G baza stansiyası vasitəsilə abunəçilərinə yüksək keyfiyyətli mobil rabitə və internet xidməti göstərir. Bazarda aparıcı mobil internet provayderi mövqeyinə sahib olan şirkət yaxın zamanda 3G və 4G baza stansiyalarının sayını artırmaqla yüksək keyfiyyətli mobil internet xidmətinin əhatə dairəsini daha da genişləndirməyi və 2016-cı ilin ortasına qədər əlavə 1000 4G baza stansiyasını quraşdırmağı qarşısına hədəf qoyub. Baza stansiyalarının sayının və tutumumun artımı respublikanın paytaxtda və bölgələrində, eləcə də ucqar ərazi hesab olunan kənd və rayonlarda daha keyfiyyətli və kəsintisiz mobil rabitə və internet xidmətini təmin edəcək.
“Bakcell” şirkəti eyni zamanda 4G xidmətindən faydalanan abunəçilərin sayına görə də liderdir
“Bakcell” şirkəti bu gün Azərbaycanda baza stansiyalarının sayına və tutumuna görə liderdir. Biz Azərbaycanın ən ucqar nöqtələri daxil olmaqla bütün ölkə ərazisində abunəçilərimiz üçün keyfiyyətli mobil rabitəni və İnterneti təmin etmək məqsədilə 2G və 3G şəbəkəmizi genişləndirərək öz rəqiblərimizi üstələyirik. Biz eyni zamanda mobil internet bazarında ən böyük paya malik olan şirkətik. Rəqiblərimiz mobil İnternetin həm keyfiyyətində, həm də həcmində bizdən geri qalır. Cəmi bir neçə ay öncə istifadəyə verdiyimiz 4G LTE xidməti hazırda yalnız Bakı şəhərini əhatə etsə də, bu xidmətdən istifadə edən abunəçilərimizin sayı sürətlə artır”,- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info