TQDK: “Dövlət və özəl ali təhsil müəssisələrinə 6 555 yer boş qalıb”
Tarix: 13.08.2015 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


“Birinci mərhələ üzrə qəbul planı 83, 12 faiz dolub və 32 196 nəfər tələbə adı qazanıb. Həmin şəxslərdən 27 541 nəfəri orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən məzundur”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. E. Nağızadənin sözlərinə görə, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb: “Həmin yerlərin siyahısı çap olunmaq üçün artıq hazırlanıb. “Abituriyent” jurnalının 8-ci sayında boş qalan yerlərin siyahısı axşam saatlarında abituriyentlərin istifadəsinə veriləcək. Ali məktəblərin boş qalan yerlərinə qəbul olmaq istəyən gənclər bilməlidir ki, proses avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi aparılacaq. Müsabiqədə iştirak hüququ olan şəxslər həmin ixtisasları seçərək ərizələrində qeyd edə bilərlər”.
TQDK rəsmisi əlavə edib ki, bu mərhələdə eyni zamanda 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək: “Bildiyiniz kimi, bu ildən kolleclərə 11 illik təhsil bazasında qəbul buraxılış imtahanı əsasında keçirilir. Kimlər ki, müsabiqədə iştirak etmək hüququna malikdir, onlar avqustun 14-dən 19-na qədər kolleclərin ixtisaslarını seçə bilər”. E. Nağızadə qeyd edib ki, eyni ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan plan yerlərini, həm də orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmək mümkündür: “Bununla da ikinci mərhələ də başa çatdıqdan sonra ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info