Dövlət ittihamçısı: Leyla və Arif Yunusa qarşı irəli sürülən ittihamlar sübuta yetirilib
Tarix: 13.08.2015 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, məhkəmə iclasında Leyla və Arif Yunusun vəkilləri çıxış edərək onlara qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirərək, təqsirləndirilən şəxslərə bəraət istəyiblər.
Sonra dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək ittihamların istintaq və məhkəmə prosesi zamanı sübuta yetirildiyini qeyd edərək, təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün heç bir əsas olmadığını söyləyib.
Daha sonra prosesdə təqsirləndirilən şəxslər Leyla və Arif Yunusa son söz verilib.
Təqsirləndirilən şəxslər çıxış edərək irəli sürülən ittihamlar üzrə özlərini təqsirkar bilmədiklərini deyiblər.
Prosesdə A.Yunusun səhhəti pisləşdiyinə görə, ona təcili tibbi yardım göstərilib.
Prosesdə fasilə elan edilib.
Hakimlər heyəti müşavirəyə getdiyini bildirib.
Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib
18.09.2019
Leyla Əliyeva “Bizim həyət“ layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info