Monqolustan Sərhəd Mühafizə Baş İdarəsinin rəisi ölkəmizdə səfərdədir
Tarix: 13.08.2015 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi general-mayor Şarxuu Lxaçinjavın başçılıq etdiyi nümayəndə heyəti 2015-ci ilin 12-14 avqust tarixlərində ölkəmizə rəsmi səfər edib. Səfərin məqsədi – Azərbaycan Respublikasının sərhəd təhlükəsizlik sistemi, Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanışlıqdan ibarət olub.
Nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehti¬ram¬larını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbay¬ca¬nın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.
Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın həyata keçirilməsi, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması, dövlət sərhədinin mühafizəsində xidməti heyvanların istifadəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.
Bununla yanaşı Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20% -nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilmiş, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilib.
Qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış ediliblər. Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info