Duzdağa gələnlərin sayı artıb
Tarix: 13.08.2015 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Duzdağ Fizioterapiya Mərkəzinə müalicəyə gələnlərin sayı artıb. Bu günədək mərkəzə 117 nəfəri əcnəbi vətəndaş olmaqla, 3 min 500-dən çox bronxial astma xəstəsi müraciət edib.
Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü mərkəzdə yaradılmış yüksək səviyyəli xidmət şəraiti son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən gələn bronxial astma xəstələri üçün əlverişli imkanlar açır.(AZƏRTAC)
Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanovun sözlərinə görə, hazırda burada müalicə iki növbədə təşkil edilib. Beş yaşına qədər uşaqlar və 65 yaşdan yuxarı yaşlılar, o cümlədən digər xəstəlikləri olanlar gündüz növbəsində müalicə alırlar. Mərkəzə ağırlaşma ilə daxil olmuş pasiyentlərin hamısı sağlamlıqlarına qovuşaraq buranı tərk edirlər.
Müalicə olunanlar və onları müşayiət edənlər üçün burada nümunəvi xidmətlər təşkil olunub. Naxçıvan şəhərinə səhər və axşam saatlarında mütəmadi olaraq sanitar maşın və avtobuslarla nəqliyyat servisləri fəaliyyət göstərməkdədir. Baş həkim onu da əlavə etdi ki, Duzdağa gəlmək istəyən qonaqların əksəriyyəti indi artıq hava limanından birbaşa buraya üz tuturlar. Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Quba, Qusar, Qəbələ, Şəmkir, Goranboy, Bərdə, Yevlax, habelə Lənkəran və Masallıdan mərkəzə müraciət edənlər daha çoxdur.
Mərkəzdə müalicə alan pasiyentlər də yaradılan şəraitdən və müalicənin gedişindən razılıqlarını bildirirlər. On dörd yaşlı qızı Humayı müalicəyə gətirmiş Masallı sakini Mətanət İbadova, azyaşlı oğlanları Azər və Əhmədin müalicəsi üçün Naxçıvana gəlmiş Bakı şəhər sakini Dəyanət Ağayev və başqaları mərkəzin xidmətlərindən və Naxçıvanda onlara yaradılmış şəraitdən razılıq edirdilər.
Qeyd edək ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi fəaliyyətə başlayıb. Yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Xəstəxananın yeraltı sahəsində işıqlandırılma sistemi yüksək səviyyədə qurulub. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında duz oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. 2006-cı ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Şöbənin giriş yolu genişləndirilib, yolboyu işıqlanma sistemi yaradılıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib
17.06.2019
Sabah Bakıda 33, bəzi bölgələrdə 38 dərəcə isti olacaq
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info