Hikmət Hacıyev: “Xankəndində konsertin keçirilməsi beynəlxalq ictimaiyyəti aldatmaqdır”
Tarix: 13.08.2015 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


“Azərbaycana qarşı təcavüz və bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməsinə “Dağlıq Qarabağın müstəqilliyi” adı altında saxta don geyindirərək, konsert proqramının təşkil edilməsi Ermənistanın insanlıq əleyhinə cinayət və soyqırımı əməllərinə uğursuz bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”.
Bu barədə Azərbaycanın işğal olunmuş ərazilərində “Dağlıq Qarabağın müstəqilliyi” ilə əlaqədar keçirilməsi nəzərdə tutulan konsert proqramına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Cuzeppe Verdinin “Messa da Requiem”ni konsert proqramına daxil edən təşkilatçılar bilmirlər ki, bu əsərin fəlsəfəsini əslində insan faciəsi və insanlığa qarşı pis əməllər törədənlərin sonluğu təşkil edir: “1 sentyabr tarixində Xankəndində təşkil olunacaq Verdinin “Messa da Requiem”in premyerasını yalnız faşist Almaniyası tərəfindən 1943-1944-cü illərdə bu əsərin Terezin konsentrasiya düşərgəsində məhbuslar tərəfindən 16 dəfə məcburi ifası ilə müqayisə etmək olar. Lakin Terezin konsentrasiya düşərgəsindən fərqli olaraq, Xankəndində keçiriləcək konsertdə əsl incəsənət xadimi adına yaraşmayacaq formada ucuz qonorar arxasınca qaçan və maddiyyatı mənəvi-əxlaqi dəyərlərdən üstün tutan Lyubov Kazarnovskaya və adı hallanan Yana Safonova, Vişnia Radosav, Nikola Uliveri, digərləri ifaçı rolunda çıxış edəcəklər. Bu şəxslər təəssüf ki, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin təşviqində alətə çevrilirlər. Onların bu cür qanunsuz davranışları Azərbaycan ictimaiyyəti və beynəlxalq səviyyədə qınaq obyektidir. Ermənistanın tam nəzarətində olan qondarma rejimdə işçilər altı aydan artıq dövrdə cüzi məbləğli əmək haqlarını belə ala bilmədikləri və Ermənistanın özünü ciddi sosial-iqtisadi problemlər bürüdüyü halda, konsert proqramının təşkil edilməsi yalnız özünü və beynəlxalq ictimaiyyəti aldatmaqdır. Bu kimi təxribatçı əməlləri ilə Ermənistan bir daha nümayiş etdirir ki, sivil qaydada münaqişənin həlli və regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”.
Qeyd edək ki, Xankəndində “Dağlıq Qarabağın müstəqilliyi”nə həsr olunmuş konsert proqramı təşkil olunacaq. Konsert proqramının layihə müəllifi rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayadır. Layihənin ideya müəllifi və himayədarı Ermənistanın birinci xanımı Rita Sarkisyandır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info