“Borc problemi həll edilməsə, Ukrayna iflas olacaq”
Tarix: 14.08.2015 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


“Ukraynadakı vəziyyətə təcili müdaxilə edilməsə, ölkəyə yaxın bir neçə il ərzində heç bir investisiya yatırılmayacaq”

“Kreditorlar etiraf etməlidirlər ki, onların Ukrayna dövlətinə verdikləri məsləhətlər bu ölkə üçün o qədər də önəm kəsb etmir. Belə demək olarsa, faydasızdır. Çünki onların məsləhətləri öz maraqlarına uyğundur”. Bu açıqlamanı amerikalı milyarder Corc Soros “Wall Street Journal” nəşrində verdiyi açıqlamada bildirib.
Soros etiraf edib ki, əgər, yaxın müddətdə Ukraynanın xarici borc problemi kökündən həll edilməsə, bu ölkə iflas olacaq. Amerikalı milyarder çıxış yolu kimi ən optimal variantın beynəlxalq kreditorlarla kompromis əldə edilməsi olduğunu bildirib: “Ukraynadakı vəziyyətə təcili müdaxilə edilməsə, ölkəyə yaxın bir neçə il ərzində heç bir investisiya yatırılmayacaq”. Ukraynanın xarici borcunun 68 milyard dollardan artıq olduğunu xatırladan milyarder bu borcun restrukturizasiyası üzrə danışıqların hazırda San-Fransiskoda aparıldığını nəzərə çatdırıb. Burada söhbət, əsasən, müqavilənin şərtlərindən gedir. Daha doğrusu, Sorosun da dəstək verdiyi Beynəlxalq Valyuta Fondunun Ukraynaya yeni maliyyə dəstəyi verilməsi tələbindən gedir. Bütün bunlarla yanaşı, amerikalı milyarder güman edir ki, Ukrayna üçün mümkün çıxış yolu suveren iflasdır, amma bu da problemi tam həll etmir. Belə ki, suveren iflas çox vaxt və xərc tələb edən məsələ olsa da, uzunmüddətli effektə malikdir. Adətən belə hallarda ölkə bir-iki ilə yenidən bazara qayıda bilir. Sorosa görə, Ukraynanı Yunanıstanla da eyniləşdirmək doğru fikir deyil: “Bu siyasi yanlışlıq fəlakətli nəticələrə gətirib çıxara bilər”. O, həmçinin Avropa Birliyinin Ukrayna münaqişəsinə verdiyi reaksiyanın doğru olmadığını qeyd etməklə yanaşı, birliyin Kiyevə yardımını “damcı ilə qidalandırma” kimi dəyərləndirib. Qeyd edək ki, bir müddət əvvəl, Ukraynanın energetika naziri Vladimir Demçişin bildirib ki, qaz təminatını həyata keçirmək üçün 1 milyard dollar borc xahişi ilə beynəlxalq maliyyə institutlarına müraciət edəcəklər. Ölkənin Maliyyə Nazirliyi bildirib ki, hakimiyyət danışıqlarda uğursuzluqla üzləşəcyi təqdirdə yenidən Beynəlxalq Valyuta Fonduna müraciət edəcək. Bu arada “Moody`s Investors Service” agentliyi bəyan edib ki, Ukrayna sentyabrda real iflas riski ilə üzləşəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info