“Azərbaycanda idman sürətlə inkişaf edir”
Tarix: 14.08.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Azərbaycanda idman sürətlə inkişaf edir. Ötən il Qəbələdəki Dünya Kuboku yarışlarında, bu il isə Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirak etmişik. Füsunkar ölkəniz var. Xalqınız çox qonaqpərvərdir. Bizi hər yerdə çox isti qarşılayırlar. Burada çoxlu dostlar qazanmışıq”.
Bu sözləri Rusiyanın atıcılıq üzrə yığma komandasının baş məşqçisi Yevgeni Kraynov bildirib. Yevgeni Kraynov Qəbələdə keçirilən Dünya Kuboku uğrunda yarışın yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq deyib: “Qəbələdəki idman qurğusu çox yaxşıdır. Bura idmançı və qonaqlar üçün də rahatdır. Qəbələ hələ ötən il çox xoşumuza gəlmişdi. Ümid edirəm ki, burada bir çox mötəbər yarışlar keçiriləcək. Kompakt şəkildə olan mərkəz həm də gözəldir. Nəqliyyat məsələləri əla səviyyədə təşkil edilib. Bizdə yalnız Kazan Atıcılıq Mərkəzi müəyyən qədər Qəbələ Atıcılıq Kompleksi ilə müqayisə oluna bilər. Lakin tələbələrin yay universiadası üçün inşa olunan həmin idman qurğusu da tam ideal deyil. Biz belə möhtəşəm idman kompleksində keçirilən Dünya Kuboku yarışlarından maksimum nəticə gözləyirik. Bir idmançımız qızıl medal qazandı. Digəri isə Olimpiadaya vəsiqəni təmin etdi. Burada zəif rəqib yoxdur. Tapança və tüfəng yarışlarının hamısında eyni uğuru təkrarlamağa çalışacağıq”. Baş məşqçi Azərbaycanda atıcılığın inkişafı üçün yaxşı təməl qoyulduğunu qeyd edib: “Həm Bakı, həm də Qəbələdə belə arenalar inşa edilib. İndi isə işin kiçik, lakin məsuliyyətli hissəsi qalıb - məktəblər açmaq, uşaqları oraya cəlb etmək. Onda uğur da qazanılacaq. Əlbəttə ki, bu məktəblərə yaxşı məşqçilər cəlb edilməlidir”.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“
17.08.2019
“Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq“
17.08.2019
Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info