Güləşçilərimiz Dünya Çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb
Tarix: 14.08.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir. Çempionatda güləşin hər üç növü üzrə iştirak edən Azərbaycan yığma komandası yarışın ikinci gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Yarışların ilk günündə komandamız bir gümüş medal qazanıb. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Kərim Cəfərov fərqlənib. Yarışın ikinci günündə isə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Murad Məmmədov (55 kq) bütün görüşlərini tam üstünlüklə başa vurub. O, Hindistan, İran, Özbəkistan, Ermənistan, finalda isə Bolqarıstan idmançısına heç bir xal vermədən 6:0 hesabı ilə qalib gəlib. Güləşçimiz ümumi hesabda rəqiblərindən 42 xal alıb və Dünya Çempionatının qızıl medalına sahib olub. Turnirdə 66 kiloqram çəkidə yarışan Ruhin Mikayılov isə Almaniya, Qazaxıstan və Ermənistandan olan rəqiblərinə qalib gəlsə də, yarımfinalda Gürcüstan təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz türkiyəli rəqibinə də qalib gələrək dünya çempionatında fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. İslam Abbasov (84 kq) Venesuela, İsveç, Rusiya və Gürcüstan güləşçilərini məğlub edərək finala vəsiqə qazanıb. Finalda Türkiyə təmsilçisi ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və İ.Abbasov dünya çempionatının gümüş medalına sahib olub. Ümumilikdə, 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz 53 xal toplayaraq dünya çempionatını komanda hesabında ikinci yerdə başa vurub. Gürcüstan 60 xalla birinci, Rusiya 47 xalla üçüncü yeri tutub.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22.02.2019
“Barcelona arzularımın komandasıdır”
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info