Rusiyanın Xəzər Dəniz Donanmasının nümayəndələri Səbaildə
Tarix: 14.08.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Dünən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının «Mahaçqala» və “Volqadonsk” hərbi gəmiləri Azərbaycana səfərə gəliblər. Səfərin ilk günündə Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbərliyi və Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Səbail Rayon İcra Hakimiyyətində olublar.
Nümayəndə heyətini qəbul edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunun strateji əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib. Asif Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlərdən, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışıb, bu nailiyyətlərin qazanılmasında ulu öndən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolunu qeyd edib. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri- birinə nə qədər yaxın olmasını vurğulayan natiq rayon İcra Hakimiyyəti ilə rayondakı və eləcə də cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx dostluq və əməkdaşlıq əlaqələri və Müdafiə Nazirliyi ilə birgə tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, keçən ilin oktyabr ayında Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının «Dağıstan» və «Qrad Sviyacsk» hərbi gəmiləri Bakıda olarkən nümayəndə heyətinin rəhbərliyi Səbail RİH-də qəbul olunub və Səbail ictimaiyyəti nümayəndələri həmin hərbi gəmiləri ziyərət edərək dənizçilərin şəraiti ilə tanış olublar.
Tədbirdə çıxış edən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Kirill Taranenko Azərbaycanın, xüsusilə də onun Silahlı Qüvvələrinin inkişafından, iki ölkə ordularının əməkdaşlıq əlaqələrinin möhkəmlənməsindən, bu işlərdə hər iki ölkənin rəhbərlərinin rolundan danışib, Rusiya Federasiyası ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin Komandan əvəzi, I dərəcəli kapitan Şahin Məmmədov qeyd edib ki, bu səfər ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavabdır. Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, paytaxtın görməli yerlərini gəzəcək, Dövlət Bayrağı Meydanındakı Bayraq Muzeyi, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik məktəbindəki tədris prossesi ilə tanış olacaq, həmçinin dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.
Ölkəmizdə səfərdən və RİH-dəki görüşdən məmnunluq hissi keçirdiyini deyən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Vladimir Çernenko, «Mahaçqala» hərbi gəmisinin komandiri, II dərəcəli kapitan Ayup Dadayev, «Volqadonsk» hərbi gəmisinin komandiri, III dərəcəli kapitan Vladimir Zaytsev hərbi dənizçilərin ölkəmizə səfərinin səmərəli olduğunu qeyd edərək Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub. Sonra qonaqlar Səbail rayonunun görməli yerlərində olub, şəhərimizin gözəlliyinə vurğun olduqlarını bildiriblər. Səfər proqramına uyğun olaraq Səbail rayon ictimaiyyəti nümayəndələrinin Rusiya hərbi gəmiləri ilə tanışlığı nəzərdə tutulub.
İsrafil Kərimov




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info