Astaranın Kijəbə qəsəbə xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib
Tarix: 14.08.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq dünən Astara rayonunun Kijəbə qəsəbə xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu münasibətlə xəstəxananın həyətində keçirilən mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qəsəbə sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.
Qeyd olunub ki, bu gün əksər Avropa ölkələrində böhran yaşandığı halda, Azərbaycanda böyük sosial layihələr həyata keçirilir. Bunu Kijəbə qəsəbəsinin timsalında aydın görmək olar. Qəsəbədə Bayraq Meydanı salınıb, yollar asfaltlaşdırılıb, yeni məktəb binaları tikilib, elektrik təsərrüfatı yenilənib. Qəsəbənin ərazisində yerləşən Tüləgüvan kəndinə qaz xəttinin çəkilişi isə davam etdirilir. Mərasimdə çıxış edənlər əhalinin sağlamlığının qorunmasına, regionlarda sosial məsələlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər. Yeri gəlmişkən qeyd edək ki, Astara şəhərindəki Gənclər Evində Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclərin vətənpərvərlik tərbiyəsində Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Dəyirmi masada çıxış edənlər astaralı gənclərin rayonun ictimai-siyasi həyatında fəal rol oynadıqlarını vurğulayaraq, gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Bakıda İran Ticarət Mərkəzi açılıb
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
19.04.2019
İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info