“Qruziya onlayn”: “Samsxe-Cavaxetiya bölgəsinin azad iqtisadi zona elan edilməsi təklifi Rusiyanın Gürcüstana qarşı növbəti planıdır”
Tarix: 04.02.2013 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Mixail Saakaşvili: “Bu ideyanın əsasını vahid administrativ birlik yaratmaq təşkil edir, bu birlik yaradıldıqdan sonra isə Gürcüstandan muxtariyyət, daha sonra müstəqillik tələb edəcəklər”

Rusiyada yaşayan Cavaxetiya erməni diasporu erməni əhalinin sıx məskunlaşdığı Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsinin azad iqtisadi zona elan edilməsinin vacib olduğunu bəyan edib. Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili bu məsələyə münasibət bildirib. «Armtoday» xəbər verir ki, Saakaşvili Samsxe-Cavaxetiya bölgəsinin azad iqtisadi zona elan edilməsi ilə bağlı təklifin Rusiyanın Gürcüstana qarşı növbəti planı olduğunu bildirib. “Qruziya onlayn” xəbər verir ki, Saakaşvili bu məsələnin uzun müddət ərzində müzakirə olunduğunu bildirib: “Acariyada Aslan Abaşidze bu məsələ ilə bağlı çoxdan spekulyasiya edirdi. Yeni separatizm ideyasını diqqət çəkmədən hazırlayırlar. Hər şey bir-birinə bağlıdır. Gürcüstan və Ermənistandan keçməklə Abxaziya dəmiryolunun açılması ilə bağlı məsələ ortaya atıldı. Bu məsələ tamamilə Gürcüstanın milli maraqlarına ziddir. İkinci məqam Çaxalyanın həbsxanadan azad edilməsidir. O qədər həyasızlaşıb ki, hər gün bəyanatlar verir. Daha sonra Gürcüstanın mərkəzi hakimiyyətinə qarşı hücumlar başladı, indi isə azad iqtisadi zona ilə bağlı məsələ ortaya atılıb. Onlar nəyin bahasına olursa-olsun nümayişkarənə şəkildə birlik görüntüsü yaratmaq istəyirlər və azad iqtisadi zona ideyasının əsasını vahid administrativ birlik yaratmaq təşkil edir. Bu birlik yaradıldıqdan sonra isə Gürcüstandan muxtariyyət, daha sonra müstəqillik tələb edəcəklər. Biz istəyirik ki, bütün Gürcüstan inkişaf etsin, reytinqlərdə ölkə daha da irəli getsin, ölkənin hər yerində iqtisadi fəaliyyət üçün lazımi şərait yaradılmalıdır. Biz bu diskussiyaları açan kimi qarşımıza vahid administrativ birlik yaratmağa əsaslanan azad iqtisadi zona yaradılması məsələsi çıxır. Bu haqda Ermənistan hökuməti və oradakı əhali, bizim elektrik stansiyası, böyük turist mərkəzi tikdiyimiz, dəmiryolu, yeni yollar saldığımız bölgənin sakinləri danışmır. Bu haqda Rusiyadakı erməni diasporu danışır. Bu o deməkdir ki, təşəbbüs Rusiyadan gəlib. Bu isə mənim dediyim vahid planın tərkib hissəsidir. Gürcüstan hökuməti buna imkan verməmək üçün hər şeyi etməlidir. Bu, sadə məsələ deyil”.
ANAR




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info