Səbaillilər Rusiyanın Xəzər Dəniz Donanmasının gəmilərində olublar
Tarix: 14.08.2015 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Bakıya səfərə gələn Rusiya Federasiyası Xəzər Hərbi Dəniz Donanmasının «Mahaçqala» və «Volqadonsk» gəmilərinin daxil olduğu hərbi qrupun rəhbər heyəti səfər proqramı çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi tərəfindən qəbul olunduqdan sonra səfər proqramına uyğun olaraq Səbail rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri ilə Bakı buxtasında reyddə duran gəmilərlə tanışlıq üçün Dənizkənarı Milli Bulvara gəliblər.
Nümayəndə heyətini qarşılayan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Kirill Taranenko səbailliləri salamlayıb, hərbi gəmilərin Bakıdaya gəlişinin məqsədi və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışıb və RİH-də təşkil olunan görüşə görə öz minnətdarlığını bildirib.
Səbailli qonaqlar, ilk növbədə «Mahaçqala» gəmisinə gəliblər. Burada gəminin kapitanı, II dərəcəli kapitan Ayup Dadayev qonaqları gəmi ilə tanış edərək onun döyüş qabiliyyəti, silahları, şəxsi heyətin məişəti barədə məlumat verib.
Daha sonra qonaqlar «Volqadonsk» gəmisində olub, gəminin kapitanı III dərəcəli kapitan Vladimir Zaytsev gəmi barədə ətraflı məlumat verib. Rusiyalı hərbçilər qonaqların çoxsaylı suallarını cavablandırıblar.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev hərbi dənizçiləri RİH adından salamlayıb, Bakının mərkəzi rayonu olan Səbail rayonunun stateji əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri, həmçinin rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Eldar Ağayev səmimi görüşə və gəmilərlə tanışlığa görə hərbçilərə öz minnətdarlığını bildirib.
Gəmilərlə yaxından tanış olan qonaqlar gəmi komandası ilə birgə şəkillər çəkdiriblər.
Görüşdər sonra hərbi dənizçilər İçərişəhərə gəlib, Qız qalası və digər tarixi abidələrlə tanış olub, Dənizkənarı Milli Parkı gəziblər.
İsrafil Kərimov






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info