Peşə hazırlığını bitirən internat məzunlarına sertifikatlar təqdim olunub
Tarix: 14.08.2015 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən təşkil edilmiş peşə hazırlığı kursunu bitirən internat məktəbinin 12 nəfər məzununa peşə sertifikatları təqdim olunub. Tədbirdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin məşğulluğunun təmin olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi əksini tapır. Proqrama uyğun olaraq, gənclərin səmərəli məşğulluğunun təminatı sahəsində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin birinci yarımili ərzində DMX tərəfindən münasib işlə təmin edilən 13676 min nəfərdən 5647 nəfərini, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 1800 nəfərdən 1454 nəfərini gənclər təşkil edib.
Eyni zamanda, internat məktəbini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərin gələcəkdə əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluğunun dəstəklənməsi diqqətdə saxlanılır. Bu məqsədlə DMX tərəfindən cari ilin may ayında ilk dəfə olaraq Təhsil Nazirliyinin Bakının Bilgəh qəsəbəsindəki 11 nömrəli internat məktəbinin son sinfində təhsil alan və valideyn himayəsindən məhrum olan 12 nəfər gənc üçün peşə hazırlığı kursu təşkil edilib. Həmin gənclər üç ay ərzində ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küç. 44) peşə təlimində olaraq müvafiq peşəyə yiyələniblər.
Peşə təlimi zamanı onlara daim qayğı ilə yanaşılaraq, müvafiq nəzəri və praktik biliklərə lazımi səviyyədə yiyələnmələri üçün bütün işlər görülüb. İnternat məktəbini və peşə hazırlığı kursunu eyni vaxtda başa vuran bu gənclərin yenicə yiyələndikləri peşə bacarıqları onların əmək bazarına çıxışının asanlaşmasına imkan yaratmaqla, səmərəli məşğulluqlarının təminatına mühüm dəstəkdir.
Tədbirdə kursu bitirən gənclərin öz peşələri üzrə münasib iş yerləri ilə təmin olunmalarının diqqətdə saxlanacağı da vurğulanıb. Peşə hazırlığı kursunu bitirən gənclər həmişə diqqət və qayğı ilə əhatə olunmalarına, habelə gələcək məşğulluqlarının təmin olunması üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.


İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info