10 milyona çatırıq
Tarix: 14.08.2015 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


İlin əvvəlindən Azərbaycan Respublikasında əhalinin sayı 52,3 min nəfər və ya 0,5 faiz artaraq 2015-ci ilin iyul ayının 1-i vəziyyətinə 9 milyon 644 min 300 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən (DSK) bildiriblər ki, iyulun 1-dək ölkədə əhalinin bir kvadrat kilometrinə olan sıxlığı 111 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizi şəhərlərdə, 46,9 faizi kəndlərdə yaşayır.
Azərbaycanda cinsi say üstünlüyü yenə qadınların tərəfindədir. Hazırda ölkədə əhalinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır və ya hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Yaş kateqoriyalarına gəldikdə isə respublikada əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6 faizi isə 65 və yuxarı yaş həddindədir.
2015-ci ilin ilk altı ayı ərzində ölkədə 78,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,6 təşkil edib.
Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini isə qız uşaqları təşkil edir. Körpələrin 1370-i əkiz, 48-i isə üçəm doğulanlardır.
Ötən ilin müvafiq dövrünə nisbətən ölkədə ölüm halları (200 nəfər) azalıb. Eyni zamanda, bu dövrdə respublikada bağlanan nikahların da sayında azalma (200 fakt) müşahidə edilib. Bunun əksinə olaraq, boşanmaların sayı isə (500 fakt) artıb.


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info