“Radio Praha”: “Praqanın bir neçə bölgəsində daşlanan hicablı qadın heykəlləri peyda olub”
Tarix: 14.08.2015 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


“Bu aksiya “Biz Çexiyada islam istəmirik” və “İslama qarşı blok” hərəkatları tərəfindən təşkil edilib”

“Praqa polisi iddia edib ki, “biz burda hələ ki qanunazidd heç nə görmürük”


Çərşənbə günü səhər dərhal Praqanın bir neçə bölgəsində daşlanan hicablı qadın heykəlləri peyda olub. Bu qəribə heykəllər Podebraddakı İrji, Klarovdakı Karlovoy meydanlarında və Lujina parkında qoyulub.
Qeyd edək ki, bu, bir aksiya hesab olunur. Bu barədə Çexiyanın “Radio Praha” radiosu bildirir. O da bildirilir ki, bu aksiya “Biz Çexiyada islam istəmirik” və “İslama qarşı blok” hərəkatları tərəfindən təşkil edilib. Bütün heykəllər müxtəlif mətnli tablolarla müşayiət olunur. Məsələn, “zorlanmadan sonra hamilə qalıb”, “Ərinə sadiq olmayıb” və sair mətnli tablolar bu biabırçı heykəlləri bəzəyir.
“Biz Çexiyada islam istəmirik” təşkilatının mətbuat katibi Artur Fişer deyib ki, aksiyanın məqsədi “qadınlara qarşı tətbiq edilən islam barbarlığı və zorakılıqlarını cəmiyyətə xatırlatmaqdır”: “İslam bizə sürətli templərlə yaxınlaşır və biz onun bütün təhlükələri barəsində insanların gözünü açmalıyıq”.
Qeyd edilir ki, Praqa polisi “vəziyyəti nəzarətə götürüb”, amma polisin mətbuat katibi Tomaş Qulan belə iddia edib: “Biz burda hələ ki qanunazidd heç nə görmürük”.
Göründüyü kimi, Avropanın göbəyində dini dözümsüzlük və digər dinlərə, mədəniyyətlərə aid həqiqətləri təhrif edən aksiyalar təşkil edilməkdə, keçirilməkdədir. Bəli, bu cür heykəllər islamın qadınla bağlı mövqeyini, verdiyi dəyəri tamamilə təhrif olunmuş və qəsdən eybəcər bir şəkildə çatdırır. Bu gün ənənəvi müsəlman olan ölkələrdə qadın hüquqları ilə bağlı problemlərə rast gəlinmir. Əksinə, bir çoxc müsəlman ölkələri qadınlara verilən hüquqlara və rola görə Avropa ölkələrindən öndəolub. Bu barədə Azərbaycan təcrübəsini göstərək. Məsələn, Azərbaycanda 1918-ci ildə Şərqdə ilk demokratik və dünyəvi cümhuriyyət qurulanda, Fransa və ABŞ-dan da əvvəl qadınlara səsvermə hüququ verilmişdi. Yaxud İran İslam Respublikası rəsmi islam dövləti sayılır. Amma orada qadınlara verilən hüquqlar və qadınların ailədə, cəmiyyətdə oynadığı rol ən ideal səviyyədəddir və bu baxımdan, hər hansı Avropa dövləti yalnız həsəd apara bilər. Eləcə də Türkiyə və sair müsəlman ölkələrdə qadın hüquqları ilə bağlı hər hansı problem yaşanmadığı barəsində əminliklə bildirmək olar. Türkiyədə 1934-cü, Fransada 1951, İtaliyada isə 1948-ci ildə qadınlara səsvermə hüququ verilib. Beləliklə, buradan da müsəlman ölkənin qadınlara verilən hüquq v dəyər baxımından Avropanın qabaqcıl ölkələrini üstələdiyi görünür. Bir sözlə, informasiyalı insanlara bəllidir ki, əsl müsəlman ölkələrin qadın hüquqları ilə bağlı heç bir problemi yoxdur.

Avropanın göbəyində dini dözümsüzlük və digər dinlərə, mədəniyyətlərə aid həqiqətləri təhrif edən aksiyalar təşkil edilməkdə, keçirilməkdədir. Bəli, bu cür heykəllər islamın qadınla bağlı mövqeyini, verdiyi dəyəri tamamilə təhrif olunmuş və qəsdən eybəcər bir şəkildə çatdırır

Elə isə niyə Avropada bu cür “problemləri” nümayişkaranə surətdə qabardırlar? Bu suala cavab vermək elə də çətin deyil. Bu gün “İŞİD”, “Al Qaidə” kimi terror təşkilatlarını da məhz Qərbdəki beyin mərkəzlərinin yaatdığı artıq sirr sayılmır. Məhz onların “İslam ehkamları” adı altında etdiyi vəhşiliklər, törətdikləri terror və qətllər bu gün İslama və müsəlman cəmiyyətlərinə qarşı dünyada nifrət, baykot və aqressiya yaratmağa hesablanıb. Elə onların əməlləri ilə paralel olaraq bu gün Avropada, Praqa kimi şəhərlərdə də yuxarıda sözügedən formada antiislam aksiyaları həyuata keçirilməkdədir. Bunun isə çox uzağa gedən kökləri var. Ötən yazılarımızda da dəfələrlə yazmışıq ki, 1991-ci ildə Böyük Britaniyanın baş naziri, “dəmir ledi” Marqaret Tetçer ABŞ-ın Fulton şəhərində etdiyi çıxışda bu məzmunda fikir bildirmişdi: “Biz kommunizmə qalib gəldik, yeni düşmənimiz isə islamdır”. Elə həmin dövrdən başlayaraq, “islamçı” adı altında ortaya çıxan terror təşkilatlarının aktiv fəaliyyətlərinin, Şərqi qana boyamalarının şahidi olmağa başladıq. Fikir verilsə, 2001-ci ilin 11 sentyabrından sonra həmin təşkilatlar yalnız müsəlman cəmiyyətlərini qırıb-tökməklə, terrora və müharibəyə məruz qoymaqla, bir dövlət və cəmiyyət kimi məhv etməyə çalışmaqla məşğuldurlar. Təbii ki, onları idarə edən Qərbdəki dairələrin əli ilə. Bütün bunlar bu gün dünyada müsəlman ölkələrinə və onların güclənməsinə, konsolidasiyasına qarşı güclü beyin mərkəzlərinin çalışdığını bir daha ortaya qoymuş olur.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, son illər dünyada islamofobiya dəfələrlə artıb. Bu isə özünü təkcə terror təşkilatlarının fəaliyyətində yox, həm də Qərbdən idarə olunan beynəlxalq təşkilatların, beyin mərkəzlərinin müsəlman ölkələrə qarşı qərəzlərində büruzə verməkdədir...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info