Almaz Həsrət xaricdə master klass verdi
Tarix: 14.08.2015 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


10-12 avqust 2015-ci il tarixlərində Rusiyanın Tatarıstan Respublikasının Elabuqa şəhərində VI Beynəlxalq müəllimlər Festivalı keçirilmişdir. Rusiya Elm və Təhsil Nazirliyinin Kazan Federal Universitetinin Elabuqa İnstitutunun rəhbərliyi tərəfindən beynəlxalq festivala Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrət xüsusi dəvət almışdır. Festivalda moderator qismində iştirak edən Almaz Həsrət Azərbaycan təhsil sistemində son illər ərzində görülən işlər və layihələr barədə, şəxsi təcrübəsi zəminində əldə etdiyi uğur və nailiyyətlərini də bölüşüb. Qeyd edək ki, VI Beynəlxalq müəllimlər Festivalına Azərbaycandan ilk nümayəndə olaraq qatılmışlar. VI Beynəlxalq müəllimlər Festivalına təhsil sahəsində görülən təcrübələrini təqdim etmək üçün Almaniya, İsrail, Tailand, Fransa, ABŞ, İsveçrə, Moldova, Rusiya və Belorus kimi müxtəlif xarici ölkələrin təhsil işçiləri: alimlər, ali və orta məktəb müəllimləri dəvət almışlar. 500-dən çox təhsil işçisini bir araya toplayan festival Tatarıstanın Elabuqa şəhərində keçirilmişdi. Tatarıstan Respublikasının elm və təhsil naziri Enqel Fəttahov, Kazan Federal Universitetinin rektoru Rişat Qafurov, millət vəkili Anastasiya İsayeva, KFU-nun Elabuqa İnstitutunun direktoru Yelena Merzon festivalın rəsmi açılışını etdilər. Sonra Tatar milli rəqs qrupunun müşayiəti ilə Festival öz işini çox yüksək ruhla davam elədi. Festival çərçivəsində mühazirələr, dəyirmi masalar, işgüzar oyunlar, ustad dərsləri, treninqlər, aparıcı pedaqoji təcrübəni əks etdirən təqdimatlar, sərgilər, mədəni və sağlamlaşdırıcı proqramlar, tədris-metodiki ədəbiyyat yarmarkası, yaradıcı və professional müsabiqələr keçirilmişdir. Beynəlxalq müəllimlər Festivalının əsas məqsədi dünya təhsil sisteminin mükəmməl olması və onun inkişafının təkmilləşdirilməsi yollarının axtarılıb tapılmasıdır. Ümumiyyətlə bu prosesi həyata keçirən dünya müəllimlərinin birgə əməkdaşlığı, yaxından bir-biri ilə tanışlığı; onların dərs nümunələrinin istifadə səmərəliliyi və həyata keçiriliməsi, nəticələri, nəinki təhsildə, digər yaşam sahələrində də inkişafyönümlü və perspektivli fikir mübadilələrinin aparılmasını nəzərdə tuturdu. Festivalda dünya təhsil sistemində və ümumilikdə xarici ölkələrin tədris prosesində tətbiq olunan metodikalar və aparıcı pedaqoqların təcrübələrinin son nailiyyətləri, onlardan istifadə ilə bağlı müzakirələrin aparılması da nəzərdə tutulmuşdu. Festivalda bir sıra xarici ölkələrlə yanaşı Azərbaycanın da təhsil siyasəti və vətənimizin təhsil sahəsində apardığı uğurlu inkişaf yolu, onun müsbət yönümlü nəticələrinə dair bilgilərin araşdırılmasına dair maraqlı çıxışlar gözlənilirdi. Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrətin festivalda ayrıca master klası xüsusi diqqət çəkib. Master klas iki ayrı ayditoriyada təşkil edilib və böyük marağa səbəb olub. Festivalın proqramında yer alan master klassın mövsusu “Müasir təhsil problemləri informasiya mədəniyyəti kontekstində” idi. Ümumilikdə 6 saata yaxın davam edən master klasda Almaz Həsrət Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğini də unutmayıb. Master klassın gedişi boyu, başlanğıcdan ta sona qədər “Sarı gəlin” musiqisini səsləndirib. Auditoriyada əyləşən müxtəlif şəhərlərdən gələn müəllimləri yeni təhsil metodikaları ilə tanış etməzdən öncə və əsas təqdimata keçərkən əlavə milli musiqilərin səsləndirilməsindən istifadə edərək müəllimləri qruplara ayırıb. Bunun üçün Azərbaycanın misilsiz səsə malik olan korifeylərinin: Müslüm Maqomayevin “Azərbaycan”, “Dəniz”, Polad Bülbüloğlunun “Zəng et mənə”, “Dolalay” və s. mahnılarından istifadə olunmuşdur. “Baxmayaraq ki, başqa millət və başqa şəhərlərin nümayəndələri toplaşmışdılar, öncə kiçik vərəqlərdə payladığım mahnının sətirlərini asan tapdılar. Hətta auditoriyadakı müəllimlər musiqini eşidən kimi, müğənninin də adını dərhal tapırdılar. Bu hal bir Azərbaycanlı kimi məni çox fərəhləndirirdi. Ona görə ki, mənim ölkəmin mahnıları, xüsusilə də tanınmış korifeylərimizin mahnıları dillər əzbəri imiş”, - deyə fərəhini bizimlə bölüşən Almaz xanım sevincini gizlətmədi. Keçdiyi master klassın əsas mövzusuna uyğun olaraq Azərbaycanın təhsil məkanında informasiya mədəniyyəti, informasiya savadlılığı, informasiya cəmiyyəti və s. barədə aparılan son uğurlu işlər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil sferasında sırf təhsillə bağlı olan informasiyaların daha da anlaşıqlı və asan əldə olunması üçün gördüyü işlərdən və respublikamızda bu sahədə yaradılan son yeni təhsil saytları barədə də geniş məlumatlar vermişdi. Son illərdə İKT sahəsi üzrə də aparılan yeni-yeni uğurlu nailiyyətlərdən də geniş söhbət açıb. Almaz Həsrət Azərbaycan məktəblərində dərslərin keçirilməsi ilə bağlı olan kiçik dərs nümunəsinin göstərilməsi üçün 10 dəqiqəlik çıxış üçün sözü Bakının 193 nömrəli və BBM-nın riyaziyyat və informatika müəllimi Günay Hüseynzadəyə verdi. Bu mənim həmişəki kimi davamlı olaraq apardığım bir prosesdir. Almaz Həsrət bildirir ki, bu cür mötəbər tədbirlərə dəvətlər alarkən Azərbaycandan özüm ilə həmişə çalışmışam ki, praktik müəllimlər aparım. Bu həmin müəllimlərin şəxsi təcrübələrinin artırılmasına və yeniliklərlə daha yaxından tanış olmalarına müsbət təsir göstərir. Xarici ölkələrdə dərs keçən müəllimlərlə yeni tanışlıqlar, həmçinin bizim yerli müəllimlərlə bilik və bacarıqlarının mübadiləsi əlavə praktik vərdişlərin yaranmasına imkan yaradır. Bu məqsədlə də bu dəfəki səfərimdə Azərbaycandan bir praktik orta məktəb müəllimini də özümlə bərabər aparmalı oldum. Mən əminəm ki, Günay müəllimə festival boyu gördüyü və eşitdiyi bütün yenilikləri öz təcrübəsinə əlavə edərək artıracaqdır. Yeni məlumatları çalışdığı kollektivdəki digər həmkarlarına ötürəcəkdir. Bu da bizim Azərbaycanlı müəllimlərin tədris metodikalarında yeni müasir baxışın yaradılmasına köməklik göstərəcəkdir. Bacardığım qədər də bu missiyanı bizim orta məktəb müəllimlləri üçün davamlı olaraq tədbiq etməyə çalışıram və edəcəm də.
Festivalda məharətilə, yaradıcılığı, yeniliyi, müasirliyi və bacarığı ilə seçilən, ən əsası da iştirakçıların rəylərinin nəticələrini nəzərə alaraq ən yaxşı master klass kimi qiymətləndirilən Azərbaycanlı təhsil işçisinin işi Diploma layiq görüldü. Bu münasibətlə də ARTPİ-nin direktoruna təşəkkür məktubu da ünvanlanıb. Festivalın son günündə səhnəyə dəvət alan master klassları ilə seçilmiş moderatorların sırasında Azərbaycanlı həmkarımız Almaz Həsrət də var idi. “Bu çox qürur verici və çox sevindirici bir hal idi. Çünki təhsil sahəsində qazandığımız nailiyyətlərin hamısı Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin, Təhsil Nazirliyinin bizə olan diqqət və qayğısının nəticəsidir. Biz də bunların müqabilində təhsilin inkişafı yolunda əlimizdən gələni etməyə hazırıq, həm də borcluğuq. Siz əmin ola bilərsiniz ki, bizim təhsilimiz çox irəliyə gedir. Birlikdə çox uğurlu layihələrə imza atacağıq”, – deyə sonda Almaz Həsrət dedi.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info